Bu kitabı oxumağa başladığımda ilk başlarda çox sıxılmışdım. Amma elə bir kitabdır ki, insan sıxılsa belə oxumaq istəyir. Bir qədər səbr edərək kitabı yarılamağı ən əsası isə bitirməyi bacardım. Və nə yaxşı ki, yarıda qoymamışam deyirəm bu kitabı. Çünki mənə çox şey öyrədən, yeni dəyərlər qatan, dünyaya baxışımı bir qədər də dəyişən bir kitab oldu. Bu kitabdan öyrəndiyim ən önəmli məqam isə “İnsanları olduqları kimi sevməliyik” oldu. Çünki əsrimizin dəyişikliklərindən biri də insanların bir-birini ilk tanıdıqları halları ilə deyil, öz istədikləri hala gətirərək görüb sevməsidir. Bu hansı insanda necə bir qırıqlıq, necə bir təsir buraxır bilmədən insanların dəyişməsini istəyirik. 21. Əsri və 21. Əsr insanlarını olduqları kimi sevib, olduqları kimi inkişaf etdirib gələcəyə addımlamaq diləyi ilə....