- Bacı, sən mənə güvənirsən?
- Əlbəttə, Xaqen.
- Onda əlini mənə ver. Mənimlə gəl, quş qədər azad olacaqsan, birlikdə çox uzaq yerlərə uçacağıq. Elə yerlərə ki, orada bizi heç kəs incitməyəcək.
Əcinnə və mələyin qarışığı olan yeganə ikiüzlü varlıq insandır. İnsan istəsə, əcinnəyə, istəsə, mələyə çevrilə bilər. Onda həm göylərin nuraniyyəti, həm də yeraltı aləmin zülməti var.
Axı, milyonluq xalqı başqa cür necə idarə etmək olar ki?! Onları boş vaxtlarında elə bir işlə məşğul etməlisən ki, real həyatdan uzaqlaşsınlar. Yoxsa kimlərəsə sərf etməyən məsələlər barəsində düşünməyə başlayacaqlar.