Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevinc Kərimzadə

Sevinc Kərimzadə
@Karimzade_Sevinc
𝖐𝖎𝖙𝖆𝖇𝖑𝖆𝖗ı 𝖘𝖊𝖛𝖎𝖓, 𝖔𝖓𝖑𝖆𝖗𝖉𝖆𝖓 𝖘𝖎𝖟ə 𝖟ə𝖗ə𝖗 𝖌ə𝖑𝖒ə𝖟
Bütün müqəddəslərdən gələcəyə qanlı bayramlar miras qaldığı kimi, bütün xoş günlərdən də sabaha üzücü, darıxdırıcı bir boşluq qalır.
Sayfa 299Kitabı okudu
Reklam
Təhqir təkcə həbsxanada alçaldılmaq deyil, insanı Allahla qorxudub öz iradəsindən məhrum etmək də təhqirdir! Səni alçaldan həyatı səni yüksəldən ölümdən üstün tutmaq da insanlıq üçün təhqirdir! Ailə saxlayıram deyib başqa ailələrin süfrəsindən oğurlamaq da insanlığa təhqirdir! Azadlığı başqalarının üstündə hakimiyyət kimi başa düşmək də insanlığa təhqirdir! Mənəvi boşluğu var-dövlətlə doldurmağa çalışmaq da insanlığa təhqirdir! Qadını hərəm, kişini çörək ağacı kimi görmək də insanlığa təhqirdir! Böyütdüyün uşağı özünə oxşatmağa çalışmaq, onu özü olmaqdan məhrum etmək də insanlığa təhqirdir! Günahın olmaya-olmaya verilən cəzaya dözmək də insanlığa təhqirdir! Və bütün bunların təhqir olduğunu bilə-bilə rahat yaşayıb,əcəllə ölmək də insanlığa təhqirdir!
Sayfa 266 - MusaKitabı okudu
Ölüm, bəlkə də, bizim özümüzün xatirə olmaq şansımızdır.
Sayfa 196Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Tarixin bir parçası olmaq hər kişiyə qismət olmur, hələ-hələ anasının sözü ilə xalası qızı ilə evlənənə heç qismət olmur.
Sayfa 196 - MusaKitabı okudu
Kişi ya yaşatmağı bacarır,ya da öldürməyi, qadın isə eyni anda hər ikisini
Sayfa 192Kitabı okudu
Reklam
Yaddaşın əzabı ən sərt vicdandan da amansızdır
Sayfa 158Kitabı okudu
Azadlıq hamının gözünə hər yerdə hamilə görünən, ancaq heç vaxt doğmayan bir qadına bənzəyirdi.
Gördüyüm qədərilə bu şəhərdə uşaqlara, uşaqlığa yer yoxdur.
Necə qeyrətsiz, vicdansız, xain fikirli kişilər var imiş dünyada. Cəfərin fikrincə, elə lap keçmişdən cəmiyyəti əxlaqsızlığa yuvarladan belə kişilər olmuşdu və bu barədə qadınların ancaq adı çıxıbmış.
Sayfa 102Kitabı okudu
Kişi qadın gözəlliyindən zövq Ala bilər və almalıdır da! Fəxri bunu yaxşı bilirdi. Ancaq Fəxri onu da bilirdi ki, əsl kişinin qadından ala biləcəyi zövqdən daha güclü, daha vacib, daha uzunömürlü bir zövq var. Bu, erkəklikdən yox, həqiqi kişilikdən, insanlıqdan alınan zövqdür. Gərək elə əməllər tutasan ki, öz mənliyinə inamın azalıb yox olmasın. Bu çox təhlükəli bir şeydir. İnsan ki mənliyini itirdi,ondan hər şey gözləmək olar.
Reklam
Onsuzda da taleyi kimin üzünə gülürsə, o adam qəlbən gülür,kimə sərt üz göstərirsə, ağlayır. Heç bir fərq qoyulmadan,ilin hər bir günündə
Yenicə gəlmiş mələk digərindən yer üzündəki insanı göstərib soruşdu: -İndiyədək necə ömür sürüb? Yanındakı mələk cavabında nəsə demək istəyərkən Allahdan nida gəldi: -Necə yaşadığını soruşma. Necə yaşayacağını və sonunda dünyanı necə tərk edəcəyini soruş!
Sayfa 343Kitabı okudu
Həyatdır bu...Həyat! Həyat bütün çətinlikləri, xəstəlikləri, ölümü, müsibəti ilə birgə həyatdır. Həyat yalnız sağlamlıq və xoşbəxtlik deyil. Həyat gecə və gündüz, başlanğıc və sonun cəmidir.
Sayfa 333Kitabı okudu
-İnsanları anlamaq üçün yalnız insan olmalısan. -Elədir. Özünü anlaya bilmək üçün kim olduğunu dərk etməlisən, başqasını anlamaq üçün isə həm də özünü onun kürkündə hiss edə bilməlisən. Öz yerini itirmiş insan bütün həyatı boyu tənhalığa və iztirablara məhkumdur.
Bəli... Amma bu cəza seçilmiş cəzadır. Cinayətkar özü öz cəzasını seçdi və mən onun seçimi ilə razılaşdım.
Sayfa 209Kitabı okudu
74 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.