Nicat Shukurlu

Nicat Shukurlu
@Kayranicat
İşsiz
Nakliyatçı
Azerbaycan
Bakü, 6 Ocak 1993
258 okur puanı
Ocak 2018 tarihinde katıldı
8/10
·120 syf.··
2024 7. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Ekim 2024 00:00
Gecikən" Belçika ədəbiyyatından müraciət etdiyim ilk əsər oldu. Yetmiş dörd yaşlı Dezayr onunla yola getməyən həyat yoldaşı ilə boşanmaq yerinə qəribə addım atır. Özünü demans xəstəsi kimi aparır. Guya əqli qabiliyyətini itirmişdir. Ailəsi gündəlik işlərini "görə bilməyən" Dezayrı "Qış Günəşi" adında qocalar evinə yerləşdirir. Burda o keçmişində az-çox əhəmiyyət oynamış iki insanla qarşılaşır. Kitabın adı məndə həyata gecikən insanın peşmançılıqlarını dərindən hiss edəcəyim təsəvvürü yaratmışdı. Gəlin görün ki, belə olmadı. Amma qocalığın çətin tərəflərini oxuduqca istər - istəməz kədərləndim. Allah nəsib edib qocalaramsa bunun necə olacağı barəsində dərin fikrə getdim. İnsanı bu yöndən düşündürən kitabdır.
GecikənDimitri Verhulst · Nebula Publishing House · 2024534 okunma
Reklam
9/10
·240 syf.··
Beğendi
·
2023 31. kitabı
·
5 günde okudu
·
Okunma: 10 Kasım 2023 18:51
Salamlar hamıya Maykl K fiziki qüsurlu olaraq dünyaya gəlmişdir. Dovşan dodaq olan Maykl K anasına çox bağlıdır. Xəstələnən anasını doğma yurduna aparmaq məqsədi ilə işini atır. Anasının yolda keçinməsi ilə tək başına qalır. Maykl K bundan sonrakı həyatı mənə "Man vs Wild" öz dilimizdə desək "İnsan təbiətə qarşı" verilişini xatırlatdı. Heç kimsəsi olmayan Mayklın heç bir şeyi də yoxdur. Qidalanmasını təbiətdən əldə etməlidir. Bəli Maykl K - nin həyat çətindir. Yaşadığı zamanə pisdir. Çünki siyasi rejim Maykl K kimi yerdsiz yuvasız insanları düşərgələrə yığır. Maykl K nə qədər tək başına olsa da gücünün çatdığı qədər siyasi rejimlə mübarizə aparır. Qul olmaq istəmir. Onun mübarizəsinə və torpağa bağlılığına heyran olmamaq mümkünsüzdür. Keçən il oxuyub təəsüratımı bölüşmədiyim tək kitab idi. Yavan dilini nəzərə almasam kitab xoşuma gəldi.
Maykl K.-nın Həyatı və ZəmanəsiJ. M. Coetzee · Qanun Nəşriyyatı · 2014517 okunma
9/10
·304 syf.··
2023 29. kitabı
·
94 günde okudu
·
Okunma: 03 Ekim 2023 00:00
Bu əsər "Üvey Anneye Övgü" romanının davamdır. Ögey anasını sevən Fonchito bu əsərdə qarşımıza "Komiser Heinrich Benesch və oğlu", "Enrich Leder" kimi tablolarında və avtoportretlərində dörd barmaq çəkən, baş barmağın görülmədiyi Avusturyalı rəssam Egon Schiele heyranı olaraq çıxır. Özünü gənc yaşında İspan qripindən ölən bu rəssama bənzədir. Egon Schielenin erotik rəsmlərində ona özündən dört yaş kiçik olan bacısı Gertrude modellik etmişdir. Rəsmlərinin ana mövzusu seksuallıq, həyat və ölüm instinkti, homoseksuallıq və avtoerotizmdir. Fonchitonun atası Don Rigoberto yalnızlığa gömülmüşdür. Fərdiçiliyi və hedonizmi müdafiə edən Don Rigoberto gömüldüyü yalnızlığında tənqidi esseler yazır, not dəftərlərinə göz gəzdirir, arvadının içində olduğu erotik xəyallar qurur. Pdf oxuduğum iki kitabında müəllifi bu yazıçıdır. Bookreader də yox telefonda oxumuşam gözlərim ağrıya - ağrıya. Sevgi ağrıya dözməkdir. Üç kitabını bitirmişəm. Hazırlıqlı, intelektual oxucunu yazıçının əsərlərində ki, erotizm narat etməz. Əksinə yazıçının ustalığı qarşılığında baş əyər deyə düşünürəm. Yazıçının daha az erotika yer verdiyi kitabı "Yaramaz Qızın Sərgüzəştləri" kitabıdır. Yazıçının erotik anlatımının sehrinə qapılaraq mütaliə etməyimə baxmayaraq ən çox sevdiyim kitabı "Yaramaz Qızın Sərgüzəştləri" dir. Bu ilin üç favori kitab siyahımdadır.
Don Rigoberto'nun Not DefterleriMario Vargas Llosa · Can Yayınları · 199955 okunma
10/10
·704 syf.··
Beğendi
·
2023 30. kitabı
·
34 günde okudu
·
Okunma: 27 Ekim 2023 17:58
Salamlar hamıya Oblomovun görəcək çox işi var. Yeni mənzilə köçməlidir vaxtı uzadır, nisyə etdiyi bazarlığın pulunu gecikdirir, ondan cavab gözləyən kəndxudaya məktub yazmaqda tələsmir. Evdə, yataqda keçirir zamanını. Oblomovun uşaqlığı Oblomovkada keçmişdir. Oblomov burda həyatdan yeni heç nə gözləməyən, hətta yenilikdən qorxan ailəsinin arasında böyümüşdür. Ver yeyim, ört yatım şəraitində uşaqlıq yaşayan Oblomov böyüyəndə addım ata bilməyən birinə, çevrilmiş, fərd olmağı bacarmamışdır. Qulluqçusu Zaxar Oblomovdan geri qalmır. Zaxar ağasının əmrlərinə tabe olmayaraq, söz güləşdirərək əlini ağdan qaraya vurmur. Oblomov ilə Zaxarın dialoqlarına səsli güldüm. Dostu Andrey onun düşdüyü vəziyyətə Oblomovçuluq adını vermişdir. Tənbəlliyin şüurlu halına Oblomovçuluq deyilir. Mən də arada Oblomov modunda oluram. Yaxşı ki, kitabı oxuyanda Oblomov moduna düşmədim. Yoxsa Tolstoyun "Dəhşət içində, təkrar və təkrar oxuyuram" dediyi, rus ədəbiyyatının ən önəmli əsərlərindən biri hesab olunan "Oblomovu" yarımçıq qoyardım ya da heç oxumağa başlamayaraq böyük səhvə yol verərdim. Oblomov sevimli obrazlarımdan birinə çevrildi. Əsər özü isə bu il oxuduğum ən yaxşı üç kitab siyahısına düşdü. P.S Redaktədə bəzən səhvlər gözə çarpır.
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201449,8bin okunma
Kitabın üstünə su dağıldı. Kitab oxunmaz hala düşdüyü üçün bitirə bilmədim. Amma başqa nəşrini alıb oxuyacağam. Bu nəşrdə korrektə səhvləri var. Oxumaq istəyənlər nəzərə alsın.
KavgamAdolf Hitler · Parga Yayıncılık · 201712,8bin okunma
Reklam