Aqşin Yenisey in "Tarix və tale" əsərini oxuyub bitirdim. Ümumilikdə bəyəndim, çox maraqlıdır. Yazıçı əsərdə problemləri üzə çıxarır, onların səbəblərini göstərir. Bu səbəbləri analiz edib problemin köklərini açıq-aydın görmək olur. Kitabdakı Azərbaycan dilindən istifadə çox uğurludu, bənzətmələr, işarələr göstərir ki, yazıçının fəlsəfədən, ədəbiyyatdan geniş bilgisi var. Bu yolla həm də adı çəkilən əsər və yazıçılar oxucuya təbliğ edilir. Bədii təsvir və ifadə vasitələrindən istifadə, realist üslub məzmuna çox effektiv uyğunlaşdırılıb. Xüsusilə ironiya və təzadları bəyəndim. Tarix və tale haqqında müxtəlif nümunələr gətirilir, bunun Azərbaycana və Azərbaycan insanına necə təsir etməsi aydınlaşdırılır. Ailə münaqişələrini belə yazıçı çox maraqlı və səmimi təsvir edib. Vətən, şəhidlik, azadlıq, əxlaq, vicdan, xalq kimi məsələlərə yazıçı kütlədən fərqli yanaşır. Məsələn, bu reallığa əsaslanan bir axşamçağının təsviri bizə əsas verir ki, yazıçının böyük müşahidələri və analizi var(elə yazıçını da yazıçı edən müşahidə və fərqli yanaşmadı):
"Bakıda ərəb azanının fars muğamına, hind çayının rus pivəsinə, ingilis dilinin Çin mallarına, əfqan anaşasının türk yeməklərinə qarışıb şəhər sakinlərini hipnoz etdiyi ilıq bir axşamçağında"
Və yaxud da başqa bir təsvir:
"Genlər türk-monqol, beyin hind-fars, inanc və əxlaq ərəbləşmiş yəhudi, tərbiyə və təhsil rus mənşəli... Mənsub olduğu din kimidir, onda özünəqədərki tarixin geyindiyi bütün qiyafətlərdən bir yamaq tapmaq olar.