Xəqani Orucov

Yadlaşma.
Bir neçə ay öncə kəndə getmişdim, dəqiq xatırlamıram nə vaxt idi. Yaxın adamlardan biri mənə dedi ki, "universitetə girəndən heç bizə gəlib getmirsən, atan belə deyildi, sən tez dəyişdin". Açığı mənim də vaxtım yox idi, kəndə bir neçə günlük gedirəm, onda da istəyirəm özümə qapanım, şəhərin səs küyündən uzaqlaşıb səssizlikdə düşünüm, istirahət edim, amma istənilən halda vaxt edib gedə bilərdim 5-10 dəqiqəlik. Sadəcə içimdən gəlmirdi, sanki son vaxtlar əvvəlki tanışlara qarşı bir soyuqluq yaranıb məndə, öz-özümə utanıram bəzən ki niyə belə vəfasızlıq edirəm. O vaxtdan bəri düşünürdüm ki, niyə belə bir hiss yaranıb məndə. Tək onlara qarşı yox, ümumiyyətlə, bir çoxlarına qarşı, hətta yaxın dostlarıma qarşı da belə bir hal yaranıb içimdə: bir araya gələndə söhbət etməyə mövzu tapmıram, sadəcə dialoqda çevrilirəm dinləyən tərəfə, cavab da verəndə hiss edirəm ki, səmimi deyil, öz özümə utanıram ki, niyə belə edirəm. Yadlaşma insan üçün doğma olan şəxslərə və ya əşyalara, dəyərlərə münasibətin dəyişməsi, onlardan uzaqlaşmaqdır. Ümumilikdə, bu proses onu dərk edənlər üçün ağrılı prosesdir. Yadlaşma fərdə münasibətdə iki cür olur: 1. özün-özünə yadlaşırsan Düşüncələrində dəyişiliklər olur, həqiqət bildiyin, inandığın dəyərlərdən imtina edirsən. Və yaxud da dəyərlərini satırsan. Birinci yadlaşmanı mən 9-cu, 10-cu sinifdə bir dəfə yaşadım, dini inancımdan imtina etməklə. O dövrdəki inamım psixoloji olduğundan hətta buna görə həkim yanına da getməli oldum, çox narahat idim. Nihilizm deyilən şeyi mən onda yaşadım. İndi isə tamam başqa müstəvidə yadlaşmam davam edir, sadəcə prosesin içində olduğuma görə bu haqda danışa bilmirəm. 2. Cəmiyyətə yadlaşırsan(mübtədanı ona görə "sən" qoydum ki, dəyişən "sən" olur, cəmiyyət ləng dəyişir deyə bəzən hiss etmirsən, hər şey "səndən"
Etimoloji Defteri
Mücellit Nedir ?
Sədparə könlümü necə bir yerə cəm edim, Hər parəsindən ötrü min il cüstcu gərək(Raci)
“Miserrimum est arbitrio alterius vivere" En büyük sefalet başkalarının iradesine bağlı yaşamaktır- Kemal Gözler "Yorumun İlkeleri")
Zaman necə keçdi Səni necə unutdum Xatırlaya bilmirəm Əziz olan xətrini Şeirlərni, sətrini Çiçək qoxan ətrini Unutdum Neçə aya bilmirəm Nə gərəkdi arzular Ümidsiz yetim olsun Götür məndən sevdanı Pişiyin, itin olsun İstədim sənə qarşı Bir az nifrətim olsun Onu da duya bilmirəm Nə gülməli ölümdü Bu boyda məhəbbəti Basdırmışam ürəkdə Heç ağlaya bilmirəm Yeddisidi, qırxıdı? Bəlkə də ili çatıb Hesablaya bilmirəm Unutdum sənin kimi
Şeir yazandan yazana Gəlib düşürsən yadıma Camaat da elə bilir Unutmamışam səni mən. Nə verdiyin kitablar səni andırır Nə çəkdiyin dağ məni yandırır Sanki nə həyatımda olmusan Nə də həyatım olmusan Unutmaq olurmuş asan Birgə gəzdiyimiz küçələr Şeir yazdığımız gecələr Yadıma düşmürdü deyə Neçə gündü ki içirəm Xatırlamazdım əslində Telfonda rəsmin olmasa Unutmaq olurmuş asan Şeir yazandan yazana Gəlib düşürsən yadıma Özmə də şair deyirəm Mövzu yoxdu deyə səndən Yazmağım bir zəiflikdi Amma məni də qınama Adın şeirimə yaraşır Qəzəlimdə rədiflikdi Amma onu da unutmuşdum Güclə, bəlayla bir təhər