Bu mövzuda belə bir lətifə də var: Batmış gəminin kapitanı xilas olmuş bir neçə sərnişini bir ateistə göstərib deyir: "Bunlar dua edib, xilas oldular". Ateist isə belə deyir: “Bəs siz mənə dua edib batanları necə, göstərə bilərsinizmi?".
Təkcə din müharibədə rifah tapa bilər. Bütün digər nöqteyi-nəzərdən müharibə həmişə əhəmiyyət və mənadan məhrum bədbəxtlik olaraq qalır. Müharibə probleminə bizi zülmdən xilas edən təkcə dini yanaşmadan savayı istənilən digər yanaşma onda ancaq fəlakəti, qələbədə isə ancaq iki zülmdən az fəlakəti görə bilər.
Zındıq sözü atəşpərəstlərin kitabı Zend Avesta (şərhli avesta) adından götürülüb, zendçi, məcusi, atəşpərəst deməkdir. Dəhri sözü isə hər bir şeyin təkamüllə baş verdiyinə inanan materialistlərə verilən addır. Zındıqlıq kimi dəhrilik də əcəm mənşəlidir və bu çox düşündürücüdür...deməli, ərəblər öz zülmkar işğalçılıqlarına dini don geyindirir və onlara müqavimət edənləri zındıq, dəhri kimi adlandırırdılar