Əlimdə son kibritim
Söndü sənin ahından.
Səni öpdüm, kiritdim,
Dedim; keç günahımdan.
Ay işığı bulaşdı
Gözlərinin yaşına.
Sən məni bağışladın
Bəlkə ay işığına.
Qaranlıqda oturduq
Biz üz-üzə, diz-dizə.
Nə mən sənə baxırdım,
Nə sən mənə…
Nə isə…
Bu gecəni varağa
Yazmaq olmaz –
günahdı.
Bu gecə keçdi daha,
Aç gözünü, sabahdı.
Bir azca gecə qalıb
Gözlərinin içində,
O da uçub gedəcək
Sən gözünü açanda.
Bu gecənin sirrini
Yuyacaq bu dəniz də.
Bizdən bu qumlar üstə
– Sənin yanında özümü çox aciz, çox kiçik hiss edirəm.
– Aha, axır ki, etiraf etdin. Təbii ki, mənim kimi nizə ata bilməzsən, mənim kimi ov edə, iz tapa bilməzsən. Nəinki sən, hətta acamboların ən güclüsü belə özünü mənim yanımda zəif və qorxaq hiss edər. Ona görə də qəm yemə, bu, adi haldır.
– Əslində, dediklərindən qorxmuram. Əksinə, sənin gücün məni də güclü edir.
– Asita, hərdən səni yeməyim gəlir.
Asita qəhqəhə çəkdi:
– Mimi si çakula!
Əyilib qara saçlarının arasından parıldayan şən gözlərinə yaxından baxdım:
– Niyə? Maqu deyir, insan da istiot kimidir, dişləməsən, dadını bilməzsən.