KitabDünyam

KitabDünyam
@KitabDunyam
Öğretmen
Üniversite
11 okur puanı
Ekim 2023 tarihinde katıldı
Ona aid sözlər
Qaranlıqda gözləri parlayırdı. Bəzən elə baxışları olurdu ki, elə bilirdim, kirpikləri ilə qəlbimə toxunur. Onda içim əsirdi, bütün bədənim titrəyirdi. Hiss edirdim ki, nəsə demək istəyir. Sözü ürəyindən dodaqlarına qədər gətirib saxladı. Dodağının yüngülcə titrədiyinidə hiss etdim. Mənə aid olan sözləri güclə tutub saxladı. Əmin idim ki, mənə aiddir.
Reklam
– Mən də səni ilk dəfə görəndə qəribə hiss kecirdim. Özüm də nə hiss etdiyimi anlamadım. – Yəqin, məni yemək istəyirdin. – Hə, indi səni yeməyimə heç kəs mane ola bilməz. – Haradan yeməyə başlayacaqsan? – Asita təbəssüm etdi. Düşünmədən dedim: – Ürəyindən. – Niyə ürəyimdən? – Çünki sənin qəlbin çox böyükdür, onu yesəm, birdə heç vaxt acmaram; çox zərifdir, rahat yeyərəm; çox şirindir, bal arxasınca hündür ağaclara dırmaşmağa ehtiyac qalmaz; çox sərindir, qəlbimin yanğısını söndürər. – Elə buna görə? Çox qarınqulusan. – Bir də istəyirəm, qəlbin yalnız mənim olsun. – Olsun, – gözlərini geniş açıb üzümə baxdı, – sənəçox ehtiyacım var, Lano.
Əlvida
Əlvida, ey bəyaz gecələrin şeiri! Əlvida, ey sevgi romanı! Əlvida, ey eşqin gözəl səhəri! Əlvida, ey axşam şeirinin ətri! Əlvida, ey həmişəki həmsöhbətim! Əlvida, ürəyimə qonmuş kədərim! Sən tək qalmazsan, ey mənsiz qalan! Səni yorğun qəlblərə tapşırıram mən! Səni tapşırıram işıqlı ayın minasına! Səni dəryalara tapşırıram mən! Səni gecəyə tapşırıram ki, yanmasın! Səni ölməz ürəyə tapşırıram mən!
Fərzanə, ürəyimi titrətdin, ancaq imanımı əsla titrədə bilməyəcəksən.
-Mənim adımı telefonunda necə qeyd etdiyini deməyəcəksən? -Yaxşı bir ad yazmışam. Özün axtar, görüm tapa biləcəksən? Zirənglik edib son zənglərə baxdım. Adımı "Mənim Kərbəlam" kimi qeyd etmişdi. Gülümsədim. -Qəşəngdir. Yaxşı zövqün var. Bəs niyə bu ad? -Mən Kərbəla aşiqiyəm, sən də mənim eşqimsən
Reklam