KitabTopya Təhlil
Dilşad Talıbova -Sanitar
Janr -Roman
Çox az müddətdə oxuya biləcəyiniz kitab haqqında danışacam.Kitabı cəmi bir günə bitirdim,kitab qısa olduğundan 1 saata oxuyub bitirmək olar.Kitab haqqında yaxşı deyə bilməyəcəm amma şans vermək olar.Dilşad Talıbovanın 3 kitabını oxumuşam hələdə mənim üçün ən yaxşı kitabı “Eşqin Adı Sənsən” kitabı idi.
Kitabın motivləri sevgi və müharibə üzərərində qurulub,kitabın dili səlis və başa düşülən idi.Kitabda bəyənməydiyim nüans yox idi.Yazıçı kitabı real hadisələrə əsaslanaraq yazıb.
Kitabı oxuarkən Müşfiqin danışdıqı yaralılardan danışanda ,çox pis olurdum hətta bəzi səhnələrdə yaralıların yerində özümü hiss edirdim,çəkdikləri ağrıları hiss edirdim.
Kitabın adı və üz qabığı kitabın mövzusu ilə uyğunlaşdıqından oxucuda maraq yarada bilir.
Kitabı oxuyarkən Müşfiqin necə sevdiyini,sevgisinin böyüklüyünü görəcəksiniz amma Müşfiqin geri çəkilməsinidə görəcəksiniz.Kitabı oxuyarkən Müşfiqi qınayacaq,haqq verəcəksiniz.
Kitabın axırında ağlımda bəzi suallar yarandıqına görə kitabın axırı çoxda cəlb etmədi.
SanitarDilşad Talıbova · Qanun Nəşriyyatı · 086 okunma