Ya gec, ya tez, bilirəm,
Bilirəm, gün gələcək,
Əllərimdən ümidlər
Çıxacaq əlcək-əlcək..
Ya gec, ya tez, bilirəm,
Düşüb səhnədən diri,
Divara söykənəcək
Tanış insan üzləri
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Mən sağ ikən
yox olsa Xəzər,
kəsilsə qağayıların səsi,
silinsə qayaların kölgəsi..
Mən sağ ikən
barmağımdan üzük kimi
ömrümdən Xəzər çıxsa, Xəzər itsə
Neyləyərəm,
neyləyərəm
dəniz də getsə
Bir il keçəcək
Mən adi
on beş vaqonlu
“Moskva-Bakı” qatarına minib,
cənuba gedəcəm
Axtarmayacaq məni
Moskvada bir kəs belə,
yad etməyəcək məni
Moskvada bir səs belə,
Mən isə,
Bakıya aparacağam
bu yataqxananın sarı qapısını,
küçələrin pisini, yaxşısını.
Sənin təbəssümünlə dolu
dar otağımın havasını,
Bakı arzularımın Moskvasını
Ölümümə bir az qalmış
Darayacağam saçlarımı,
Təmiz, ağ köynək geyəcəyəm,
Ölümümə bir az qalmış
Ölümümə bir az qalmış
Göy üzü mavi olacaq,
Buludlar köpük-köpük
Məktub yazacağam aənə.
Sevirdim, sevirəm, sevəcəyəm
Deyəcəm,
Ölümümə bir az qalmış,
Ölümümə bir az qalmış...
Əsrimizin on beş başlı əjdahası
Bakı-Moskva adlanan
on beş vaqonıu uzun qatar
aparır səni məndən,
Tilsimləyəcək zəni
Moskva adlanan böyük qəsrdə.
Doqquz nazirlik dağı
doqquz ərizə gündüzü
doqquz “hə-yox” gecəsi
aşıb, keçmək gərəkdir mənə.
Tilsimi qırıb,
səni görməkdən ötrü.
Əsrimizin on beş başlı əjdahası
aparır səni məndən...
Nə deyim mən sənə,
nə deyəsən sən mənə?
Ayrılıq nağılının
ilk perron səhifəsi.
Nə deyək?
Sağ ol,
yoxsa
əlvida?
Yox!
Gəl, salam deyək,
Salam deyək Ayrılığa!
Salam verək Məsafəyə!
Qəmimizlə salamlaşaq...
1963