Sənin səhərdən axşama kimi oxuduğun
o qəribə, yumşaq, anlamadığım dildə mahnı
indi də,
bu gün də qulaqlarımda çalınır,
Bu gözəl və təsəllisiz,
bu uzaq və təsəllisiz mahnının
özgə dilli sözləri
əzbər olub dilimdə, qulağımda
Sənin səhərdən axşama kimi oxuduğun
o qəribə mahnı
vətən kimi uzaq,
vətən kimi yazıq,
vətən kimi sayaqdır, bir sayaq...