Gulshan21

Gulshan21

, bir kitap okudu
9/10
·192 syf.··
4 günde okudu
·
2020 88. kitabı
Paulo Coelho
8.3/10 · 247bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
9/10
·408 syf.··
2020 87. kitabı
·
11 günde okudu
·
Okunma: 25 Ağustos 2020 10:28
Hasan ali toptaş Türkiyənin hal-hazırdakı ən yaxşı 3 yazıçısından biridir. Əslində Hasan ali toptaş kitablarında tez-tez şüur axını texnikasından istifadə edir. Ona görə düşünürəm ki, kitablarını anlamaq çətin olduğu qədər də necə deyərlər, ləzzətlidir. Yenə ilk 100 hətta 200 səhifəyə qədər sadəcə bu mühiti anlamaq üçün bütün düşüncəmizi verərək oxuyuruq. Bəzən düşünürəm görəsən insanlığı qəddar edən nədir? Bizi qəddar edən nədirsə öldürən şey də odur. Yaşamaqdan qaçırıq. Biz qaçdıqca xoşbəxt olmaq istəyi bizi qovalayır. Ziya yetkinlik yaşında 30 ildir görmədiyi əsgərlik yoldaşını ziyarətə gedir. Arxa fonda isə biz Ziyanın uşaqlığına səyahət edirik. Bayaq soruşmuşdum, bizi qəddar edən nədir deyə. Bizi qəddar edən yaşamaq hirsidir, istəyi deyil hirsi. Kitabın son 5 səhifəsi ki var, bütün kitabı gözəlləşdirməyə bəsdir. Hasan ali toptaş elə də çox oxumuş biri deyil, müşahidə ya da kəşfdir onu belə güclü bir yazıçı edən.
HebaHasan Ali Toptaş · Everest Yayınları · 20175bin okunma
Puan vermedi·96 syf.··
2020 86. kitabı
·
8 günde okudu
·
Okunma: 22 Ağustos 2020 12:58
Ahmet mithatla bir il əvvəl Felatun bey ile rakım efendi kitabı ilə tanış olmuşdum. İlk oxuduğum kitabındakı dili məni özünə heyran etmişdi. İlk kitabından sonra bu kitabı ilə məndə "bu yazıçının daha çox kitab yazmamağı fəlakətdir" fikri yaratdı. Çingene indikilərin dili ilə roman, bizim ölkədə isə səhv etmirəmsə qaraçı adlı bir tayfadır. 400-500 il əvvəl hindistandan Anadoluya köç etsələrdə etnik tərkibləri artıq indiki dövrdə bizimlə uyğunlaşıb. Hikmet bey atasından sonra ailəsi ilə yaşayan 22-23 yaşlarında bir bəydir. Dostları ilə getdiyi qayıq gəzintisində qaraçı tayfasının içində olan Zibanı bəyənir. Düşünür ki, insan yaxşı bir tərbiyə ilə dəyişə bilər. Ancaq burada əsas düşüncə insanın insan olduğu üçün qəbul edilməməsidir. Müəyyən bir əxlaq norması, həmişə bu müəyyənlərin içində insan həyatının necə məhv edildiyi. Mənə görə ən kədərli yanı yazıçının 200-300 il sonranı təsvir edərkən qurduğu xəyalpərəst cümlələrdir. İnanır ki, 2000-2100 illərdə insanlar artıq bir-birini doğurdan da sevə biləcək qədər cəsarətli olacaq. Ancaq biz özümüzü sevə bilmiriksə, insanoğlunu necə sevə bilərik. Bizə sevgini öyrədirlər, ancaq bunu bölüşməyi öyrənə bilmirik yəqin ki
ÇingeneAhmet Mithat Efendi · Türkiye İş Bankası Kültür Yayınları · 20254,003 okunma