Sevdim,bildim ki.....
Yurdum, Vətənim, şöhrətim, andım!
Bir vaxt ki, sənin eşqinə yandım,
Bildim ki, əsl insanam, insan!
Bildim ki, nədir
istəyim, arzum bu cahandan!
Sevdim səni,
Həm nəşəni,
həm dərd – qəmi tapdım!
Sevdim səni, mən qibləmi tapdım!
Sevdim səni, bildim ki, mənim
öz sifətim var.
Bildim oğulam;
öz anam, öz məmləkətim var!
Bildim ki, Vətən naminə ölmüş
Tək – tək doğulanlar niyə min – min.
Bildim ki, nədir mayəsi hər qüdrətin, əzmin!
Bildim ki,
Neçin qeyrəti yoxlar səni danmış…
Bildiim ki, Vətən naminə ölmək nə asanmış!
Bildim, sənin eşqinlə öyünmək və öyülmək
nə deməkdir?
Bildim,
Sənin uğrunda da ölmək nə deməkdir!
Xalq sevdi məni,
Ey mənim öz şöhrətim, andım,
Sevdim və sevildim! Bu böyük sevgini yalnız
Hər gün daha çox
mən səni sevməklə qazandım!
(Dekabr,1973)