📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Əsl işimdə örnək ala biləcəyim psixoloq tədqiqatçı tapdım.Daniel araşdırmalarına görə nobel almış psixoloqdur.Daha çox iqtisadiyyatda davranışın mexanizmləri,beynin 1-ci və 2-ci sistemi haqqında dostu tədqiqatçı Amos ilə birgə etdiyi araşdırmaları daxil edilib kitaba.Öz araşdırmaları ilə yanaşı yüzlərlə tədqiqatçının araşdırmasına da yer verilən bu kitab,məncə bir qədər çətindir.Maraqlı,ancaq oxumağı müəyyən vaxt tələb edən kitabdır.Kitabın ədəbiyyat siyahısı sadəcə 50 səhifədir.Kitabı Teaspress nəşri ilə öz dilimizdə oxudum.Tərcüməni psixoloq etdiyinə görə düşünürəm ki,dili də aydındır.
Hər istinadı ayrı bir araşdırma tələb edir.Bu səbəbdəndir ki,kitabı 3 aya bitirdim.
Yazılana görə yazıçının avtobioqrafiyasıdır.
Jeanette'ni övladlığa götürən ailə dindardır.Ananın bütün işi kilisə və dini təbliğ edib,bir növ müridlər yığmaqdır.Ata ilə öz halında yaşayan biridir.Jeanetteni hər qatı dindar ailə kimi qorxu içində böyüdüblər.Onun bu təsirlərini məktəbdə sinif yoldaşlarına axirət və cəhənnəm kimi anlayışları izah edərkən görürük.Daim dini təsir altında böyüyən hər şəxs kimi Jeanetteni də düşüncə qarışıqlığı tapır.İllərdir inandığı bu dinə qarşı içində şübhələr yaşayır.Bu zamanda da cinsiyyət qarışıqlığı ilə üz-üzə gəlir.
Avtobioqrafiya kimi düşünsək,kitabın dilini bəyənmədim.Ancaq sırf cinsiyyətin rolunun dini aspekti mövzusunda maraqlı kitabdır.Elə araşdırdığım mövzular içində bu mövzuya xüsusi marağım olduğu üçün kitabı bəyəndim.