Əslində nə yazsa oxuyaram fikri həm iddialı bir fikirdir,həm də həmən müəllifə qarşı hiss etdiyin güvəni göstərir.Ece temelkuran mənim üçün həmən müəlliflərdəndir.Bu səfər hekayə ya roman deyil,məhz siyasət oxuyuruq.Türkiyə və dünyanın hazırki(2014'də yazılıb kitab) vəziyyəti barədə düşüncələrini əks etdirir.
Solcu-sağcı kimi siyası tərəfləri açıqlamaqla maraqlanmadığım siyasətə qarşı fərqli baxış bucaqları yaratdı.Düşünürəm ki,əgər siyasətlə maraqlanmırsınızsa bu kitabı sevməyiniz bir az çətindir.Ece temelkuran uzun illər Milliyet jurnalında işləyib,kitabın əksər hissəsində də işlədiyi zamandakı nəşr edilən yazıları əks olunub.
Kafa jurnalını oxuma səbəbim jurnalın müəlliflərinin Sunay akın,İlber ortaylı,Coşkun aral və s. kimi sevdiyim,hər fikrini dinlədiyim insanlar olmağıdır.Sırf ədəbiyyat jurnalı kimi baxmasaq,məncə keyfiyyətli jurnaldır.Bu dəfəki sayısı Güz yəni Payız nömrəsidir.Payızın ruh halını birdən-birə dəyişən təsirini yazılarda da görürük.Bu nömrə ilk çıxan zamanlardan(2014)də nəşr edildiyi üçün daha çox yeni müəlliflərin hekayələrinə yer verilib.