⠀
Franz Kafka - "Babaya mektup"⠀
Kafkadan atası Hermann Kafkaya 20.əsrl ədəbiyyat tarixinin böyük etiraflarından biri sayılan və atasına heç göndərilməyən o məktubu...⠀
İllərlə atası ilə danışa bilmədiyi, içində yığılan üsyanını,sıxıntısını, kədərini qələmə alan yazarın bu məktubunu ölümündən sonra dostu Max Brod ədəbiyyat dünyasına gətirib.⠀
O zaman atası bu məktubu oxuya bilməyib,bəs oxusa idi nəsə dəyişərdimi və ya oğlunu anlardımı görəsən?Məncə yenə də dəyişməzdi,heç anlamazdı da..)⠀
Mənim fikrimcə bu əsəri hər kəs oxumalıdır.(əsasən də valideynlər, gənclər və ya yeni ailə quran şəxslər.)⠀
Bu kitabı oxuduqdan sonra yazarın "Çevrilmə" ("dönüşüm") əsərini daha yaxşı anladım.Yazarın daxili dünyasından xəbərdar olmaq üçün öncə bu məktubunu oxumağınızı tövsiyə edirəm.