A

A
@KitapBulutu
İnstagram hesabım: @kitap.bulutu_
Baku
56 okur puanı
Eylül 2019 tarihinde katıldı
Puan vermedi·488 syf.··
2021 1. kitabı
Remarkdan oxuduğum ilk kitab oldu⠀ Bu kitab 1ildən çoxdur ki məndədir amma ki oxuya bilmirdim(səbəbi özümə də məlum deyil)⠀ Və bu kitab 2020'ci ildə oxuduğum favori kitablarımdan biri və ilin son kitabı oldu. :)⠀ Əsərdə müharibədən sonrakı həyatdan,əsl dostluq və saf sevgidən bəhs edilir.⠀ Müharibədən tanış olan üç yoldaş daha sonrasında da ayrılmırlar, bir olub, hər vəziyyətdə bir-birlərinə dayaq olurlar.⠀ Bir gün üç yoldaşdan biri (Robbi) aşiq olur ⠀ Birlikdə yaşamağı,yaşlanmağı xəyal etdiyi sevgilisi (Pat) ondan heç gözləmədiyi bir şeyi gizlədir.Pat'ın problemləri yaranır,bu zaman ərzində Robbi də yoldaşları da hər cür onun yanında olmağa çalışırlar...⠀ Əsərdə sevgi,dostluq o qədərr gözəl təsvir edilib kiii...⠀ Çoxx mənalı,düşündürücü bu əsəri,əsərdəki dialoqları,ifadələr,cümlələri oxuduqca əsərə bir başa bağlanırdımm)⠀ (Spoiler verməyəcəm amma sonundakı güzgü səhnəsi məni həqiqətən çox üzdü...çoxx...)⠀ ⠀
Üç YoldaşErich Maria Remarque · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2017311 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
Puan vermedi·320 syf.··
2020 101. kitabı
Paulo Coelho qələmini çox sevdiyim yazarlardan biridir. Bu kitabda da digər kitabları kimi həyatımıza təsir edə biləcək bir çox fəlsəfi düşüncələr,fikirlər və dialoqlar yer alır. Əsərdə Esther'in anidən evi tərk etməsinin,yazıçının onu axtarmasının və axtardığı zaman aralarında baş verənləri ağlından keçirməsinin, hər yöndə düşüncələrə dalmasının şahidi oluruq.Əslində Esther'in yoxa çıxmasından sonra həyat yoldaşı onu o qədər də tanımadığının,fikirlərinə önəm vermədiyinin fərqinə varır və onu axtardığı zaman sadəcə onun haqqında deyil,özü haqqında da bir çox şeylər öyrənməyə,kəşf etməyə başlayır...
ZahirPaulo Coelho · Can Yayınları · 20205bin okunma
Puan vermedi·192 syf.··
2020 94. kitabı
Kitab~1 roman və 3 kiçik hekayədən ibarətdir. Romanda sevgi,dostluq,vətənpərvərlik,böhtan və xəyanəti görürük.Əsəri oxuduğum zaman kaş Tərlan daha cəsarətli,Sevinc daha güclü olsaydı deyə düşündüm ,bəlkə o zaman hər şey daha fərqli olardı ...⠀⠀⠀ Bir çox əsərdə çox obrazın olması məni narahat edən bir hal olsa da bu əsərdə obrazların çoxluğu məni qəti narahat etmədi.Bəzi hissələrində çox duyğulandım bəzi hissələrində isə həqiqətən çox əsəbləşirdim. Belə deyim,sadə dildə yazılmış,axıcı,oxuduğunuz zaman keçmiş Azərbaycan filmi izləyirmiş kimi hiss etdirən bir romandır.)
Bir Yarpağın ArzusuXəyalə Murad · Qanun Nəşriyyatı · 201511 okunma
Puan vermedi·312 syf.··
2020 89. kitabı
·
Əsərdəki Ryan obrazını çox sevdim.)Lakin məncə real həyatda bu qədər mükəmməl biri olması imkansız kimi bir şeydir,və ya olsa belə nadir tapıntıdır.)⠀ Bu əsər qəribə bir şəkildə toxundu mənə.Əsəri oxuduğum zaman beynimdə "mən olsam nə edərdim?" sualı dolaşırdı.Bir tərəfdə səni çox amma çox sevən,çoxunun anlayış görsədə bilməyəcəyi məsələlərdə belə anlayışlı ola bilən Ryan ,digər tərəfdə isə keçmişdən çox sevdiyin birinin (keçmiş sevgili) Cade'in həyatına yenidən gözlənilməyən bir anda tam da evlənməyə hazırlaşdığın bir zamanda daxil olması...⠀ Həm güldürən,həm də hüzünləndirən bu əsər sonunda məni qəribə şəkildə təəccübləndirməyi bacardı.⠀ Ümumilikdə axıcı və maraqlı kitabdır. Xoş mütaliələrr
Yeşil Deniz KabuğuSarah Jio · Pena Yayınları · 201512,9bin okunma
Puan vermedi·424 syf.··
2020 82. kitabı
·
1 saatte okudu
·
Okunma: 04 Temmuz 2020 11:42
Melanxonik tipli bu kitabda dəfələrlə intihar etməyə çalışan,intihar etmək üçün fürsət axtaran Yosunla ,mafiyadan qaçdığı anda Yosunun həyatına qonaq olaraq intiharına maneə olan Özgürün hekayəsindən bəhs edilir. Sıxılmadan oxuduğum bu kitabın əsasən fərqli aurasını və bölüm başlıqlarında olan musiqilərini sevdim.
Ölüme Fısıldayan AdamBüşra Yılmaz · Epsilon Yayınları · 202014,7bin okunma