Bədəni yuyub təmizləmək çətin bir şey deyil, duşun altına gir, hər şey düzələcək, murdarlanmış ruhu təmizləmək üçün isə bütün dünyadakı şampun və sabunlar bəs etməzdi.
Atasından kifayət qədər sevgi və isti nəvaziş görməyən qız uşaqları yetkin yaşa catandan sonra belə münasibətə başqa qızlardan daha artıq möhtac olurlar və onlara adi bir nəvazişlə yaxınlaşan hər hansı əks cins nümayəndəsinə asanlıqla vurula bilirlər.
Qadının gözəlliyi baxan şəxsin kimliyindən,düşüncə tərzi və zövqündən asılı olaraq onun nəzəri ilə qiymətləndirilir. Birinə gözəl görünən başqasına adi ,çirkin ,hətta iyrənc də görünə bilər.