İstəyirəm ailəmiz sevgidən, sayğıdan, qarşılıqlı
anlaşmadan, etibardan yoğrulsun. Həyat mürəkkəbdir. İnsan başına gələcəkləri biləmməz. İstəyirəm ki, nə olursa-olsun, bütün çətinliklərdə ən yaxın dost, ən etibarlı sirdaş qalaq, bir-birimizə güvənimizi heç itirməyək. Qocalıb əldən düşəndə də övladlarımızdan çox ikimiz bir-birimizə arxa-dayaq olaq.