Heminqueyin ən təsirli romanlarından biri. Müharibə səhnələrindən çox dialoqlar və gündəlik hadisələrə yer verilsə də dövrün şərtlərini kifayət qədər aydın çatdıra bilir. Bəzən bizim tenente və tibb bacısının əttökən dialolarını oxumağa məcbur qalırıq yaxud epizodik rollardakı obrazlarla əsas süjetə dəxli olmayan söhbətləri. Bütün bunlara baxmayaraq kitab əsl klassika sayıla bilər. Bu nəşrdə tərcümə və çap xətaları çox idi. Golden Gate-in Qızıl Darvaza olaraq tərcümə edilməsi də bunlardan biri.
Əlvida, Silah!Ernest Hemingway · Bakı Kitab Klubu · 20177,9bin okunma
Kitabı çox həvəslə aldım. Lakin mənim ümidlərimi qarşılamadı. İlk kitabı çox bəyəndim. Azərbaycanda bu tərzdə tapmacalarla dolu və hər yaşa uyğun macəra kitabı ilk dəfədir görürdüm. İlk kitab bir sözlə möhtəşəmdir. İkinci kitabda da yazıçı öz tapmaca üsulunu qoruyub saxlamışdır, ancaq kitab reallıqdan mümkün qədər uzaqlaşıb. Subterrit, yadplanetli və.s kimi mifik və fantastik varlıqlar əlavə edilib, hansı ki seriyanın gələcək kitablarında onların bir təsiri olacaqsa belə, məhz bu kitabda yer verməyə ehtiyac olmadığını düşünürəm. İlk kitabdan tanıdığımız Elçinin sibterrit adlı varlıqlarla döyüşü, ümumiyyətlə, kitabın ikinci süjet xəttinə aid olan bu hissələr sanki əsər qısa olmasın deyə əlavə olunub. Mən kitab daha çox tapmacalar və real tarix üzərində qurulsa daha çox razı qalardım. Fantastika təbii ki olmalıdır, lakin bu qədər yox. Ümid edirəm seriyanın növbəti kitabları sələflərindən, xüsusilə bu kitabdan daha yaxşı olar.