97.star1k

97.star1k
@KookBook
Things change, people change, everything change Love change, friends change, everyone change
Abıturıyent
Azerbaijan, 10 Kasım
18 okur puanı
Temmuz 2025 tarihinde katıldı
10/10
·
Beğendi
“Dead Poets Society” oxuduğum kitablardan fərqli oldu. Oxuyanda hiss etdim ki, bu kitab səni sakitcə tutub ‘özünü itirmə’ deyir. Həyat, seçimlər, ailənin və cəmiyyətin gözləntiləri… hamısı çox real verilib. Ona görə də oxuyarkən sadəcə oxucu olmursan, düşünən birinə çevrilirsən. Mən bu kitabı oxuyandan sonra filminə də baxdım və açığı, çox təsirləndim. Film kitabdakı hissləri daha da güclü çatdırır. Elə səhnələr var ki, bitəndən sonra uzun müddət susursan. Nə ağlamaq gəlir, nə danışmaq… sadəcə düşünürsən. Bu əsər mənə göstərdi ki, hər kəsin yolu eyni olmamalıdır və öz səsini tapmaq bəzən çətin, amma çox dəyərlidir. Mənim üçün bu kitab və film bir mesajdır: başqalarının istədiyi insan yox, özün olmaq. Oxuyub qurtarandan sonra da içində səssiz bir iz qalır və asanlıqla unudulmayan əsərlərdən birinə çevrilir.
Dead Poets SocietyN. H. Kleinbaum · Starfire · 198933,1bin okunma
9/10
·
Beğendi
Hadisələr bir adada keçir və personajların qaça biləcəyi heç bir yer yoxdur. Bu da gərginliyi daha da artırır. Hər səhifədə kiminsə başına nəsə gələcəyini hiss edirsən və maraq səni buraxmır. Mənə ən çox xoş gələn odur ki, hamı şübhəlidir. Kimə güvənəcəyini bilmirsən. Oxuduqca özün də qatili tapmağa çalışırsan, amma hər dəfə fikrin dəyişir. Kitab adamı daim düşündürür. Sonluğu bir az sərt və gözlənilməz idi, amma məhz buna görə yadda qaldı. Oxuyub qurtarandan sonra da uzun müddət təsiri keçmir. Ümumilikdə, detektiv sevənlər üçün axıcı, maraqlı və oxumağa dəyər bir kitabdır.Bu kitab mənim üçün Agatha Christie dünyasına açılan ilk qapı oldu.
1000Kitap
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,5bin okunma
Qanadsız bir quşdur xülyasız şeir ~ Mikayıl Müşfiq
Yaxınlarımı necə sevəcəyimi heç vaxt bilmədim. Məncə yaxınları sevmək, yadları sevməkdən daha çətindir.
İki insan ayrılarkən, şəfqətlə danışan tərəf aşiq olmayan tərəfdir. ~ Marcel Prust