"Səndən daha olan bir dəliyə qarşı nə edə bilərsən?" - deyə Vinston fikirləşirdi. "O, sənin dəlillərini çox diqqətlə dinləyəcək amma bundan sonra yenə öz dəlilliyində israr edəcək".
Bəşəriyyət seçim qarşısındadır: ya azadlığı, ya da xoşbəxtliyi seçməlidir. İnsanların böyük əksəriyyəti isə xoşbəxtliyə hər şeydən üstün tutur. Deyəcəkdi ki, partiya əzilənlərin, zəiflərin əbədi müdafiəçisidir, Yer üzərində daha xoşbəxt gələcəyin bərqərar olması üçün çarpışır, başqalarının səadəti namini özünü qurban verir.
Partiya həmişə iqtidarda qalmalıdır çünki kütlə əksərən zəif və qorxaq məxluqlardan ibarətdir, azadlığa təhəmmül edə bilmir, həqiqətin gözünə dik baxmağı bacarmır. Ona görə də həmişə özündən daha güclü olan qüvvə tərəfindən idarə edilməli və davamlı şəkildə aldadılmalıdır.
Gizlicə bilik ehtiyatı toplamaq… kütlələri tədricən maarifləndirmək… proletar üsyanı və nəticədə partiyanı devirmək… Bütün bunların nə demək olduğunu yəqin ki, özünüz də yaxşı başa düşürsünüz. Proletarlar heç zaman üsyan etməyəcəklər. Nə min il,nə də milyon il sonra. Onlar üsyan edə bilməzlər. Səbəbini sizə açıqlamağa lüzum görmürəm. Özünüz hər şeyi bilirsiniz. Nə zamansa silahlı üsyan xülyaları ilə yaşamısınızsa, onları dərhal bir kənara buraxın. Partiyanı devirmək üçün heç bir imkan mövcud deyil. Partiyanın hakimiyyəti əbədidir.