Lavinia

Lavinia
@L_a_v_i_n_i_a
Özümü sözlərdə,cümlələrdə, sətirlərdə axtarıram.
Mənim fikrimcə,"müharibə qanunları" deyilən bir məfhum olmamalıdır. Çünki müharibənin özü tamamilə qanunsuz bir şeydir.
Reklam
Əlini yeridikcə qanayan yarasının üzərindən götürüb qıpqırmızı olmuş çörək tikəsini ağzına basdı. İsti qandan islanıb yumşalmış çörək necə də dadlı idi…
Doğrudan da, bəzən ölmək necə asan olurmuş…

Reader Follow Recommendations

See All
Sonra Sürəyyanı bağrına basaraq içdən gələn bir qətiyyətlə: "Gözlə, mütləq qayıdacam!" - deyə pıçıldadı. Görəsən, bu dünyada uşağa,cavana,qocaya baxmayan istədiyini götürüb özü ilə əbədi məchulluğa aparan "Ölüm" adlı kabusun olduğunu bildiyi halda qayıdacağına niyə bu qədər arxayın söz verdi? Bəlkə,ona görə ki hələ uşaqlığından bəri gah sürətlə çapdığı atın belindən,gah hündür ağaclardan yıxılıb sağ qalanda həmin qüdrətli Ölümün ondan çəkindiyini hiss etmişdi?!
- Ata,Armed Mişel kimdir? Eşitdiyi sualdan diksinərək: - Bu haradan ağlına gəldi, Mikayıl? - deyə heyrətlə soruşdu. - Bayaqdan mən sənə milis olmaq istəyimdən danışıram, sən isə məni, deyəsən, heç dinləmirdin. Birdən astadan pıçıldayıb "Armed Mişel" dedin. - Mən dedim? - Hə…Lap aydın eşitdim. Kimdir Armed Mişel? Fransız adına oxşayır. - Bilmirəm kimdir,oğlum. Gəl ondan danışmayaq. Heç bundan sonra onun adını çəkmə, yaxşı? - Yəni bu qədər pis adamdır? - Bilmirəm, Mikayıl bilmirəm…
Reklam
Ölümdən az,ya çox dərəcədə hər kəs qorxur…
Bu qədər mübarizə hamısı boş yerə imiş…
Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları bir-birindən fərqləndirmək,kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
Yəqin, haradasa daha yaxşı və ədalətli dünya mövcuddur.
Düşüncə bizə hökm edir…
Hər hansı maneə,yaxud əngəllə üzləşən zaman öz-özünə "Mən daha çox işləyəcəyəm!" - sözlərini təkrarlayırdı. Bu sözlər Bokserin həyat şüarına çevrilmişdi.
Tüfeyli həyat keçirən insan adlı məxluq qovrulduqdan sonra indi kimsə bu məhsula göz dikə bilməzdi.
Reklam
Kaş insanlar olaraq hər birimiz bunu dərk edib,əməl etsək…
Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif, yaxud güclü, ağıllı, yaxud səfeh olsaq da, hamımız qardaşıq! Heç bir heyvan digər heyvanı öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir.
Bir şeyi də yadınızda saxlayın: İnsana qarşı mübarizə apararkən biz heç vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq. Hətta mübarizə qələbə ilə başa çatandan sonra insanın həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan-döşəkdə yatmaq, paltar geymək, spirtli içki içmək, siqaret çəkmək,pulgirliyə qurşanmaq və ticarətlə məşğul olmaq heç vaxt, heç bir heyvanın ağlına da gəlməməlidir.
İnsanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür.
Gözlərində parıldayır ilahi bir işıq Bir ulduz yağışı işıldayır boşluqda Görürəm sanki. And içirəm,tapmazsan göylərdə Sənin gözlərindən daha sehrli,daha gözəl gözlər… Ah! Unutmaq istəmərəm, qoy gözlərinə baxım Ay işığındakı o kədərli eşqin hekayəsini, Ümidsiz eşqin ağrılarını Danışmadan söyləyən gözlərinə baxım…
- Adın nədir? - Zeze. - Mənimki Ariovaldo,əl sıxaq. Dostluğumuzu ölüncəyədək möhürləmək üçün əlimi ovuclarına aldı.
- Ata… ata… - deyə bildim. Hıçqırıq səsimi boğdu. Qollarını açıb məni sevgi ilə qucaqladı. - Ağlama, oğlum. Həmişə belə həssas olsan, həyat səni çox ağladacaq.