İllərdir təsirində qaldığım və Victor Hüqo'nun ən sevdiyim əsərlərindən biri olan bu əsərdə əks etdirilmiş hisləri yaşamış oldum. Oxuyarkən ağlımda qurduğum səhnələr məni bu dünyadan uzaqlaşdırdı.Personajlara müxtəlif istiqamətlərdən baxdım və empatiya ilə yanaşmağa çalışdım. Belə olan halda yazıçının onlar üçün söylədiyi fikirlərin həddindən artıq doğru olduğuna qərar verdim. Möhtəşəm və ölməz əsərdir. Paris Notr-Dam KilsəsiVictor Hugo
Bir qadının çəkə biləcəyi əzabları və nə qədər güclü olub hər şeyin öhdəsindən gələ biləcək gücünün olmasını göz önünə sərən ən gözəl kitablardan biridir. Ona edilən işgəncələri dəf edə biləcək gücü özündə taparaq tək başına yüksəlməsi bir qadının nələrə qadir olduğunu sübut edir. Kaş ki, hər kəs oxusa və daha demədiyim bir çox şeyin fərqində ola bilsə. Səhra ÇiçəyiWaris Dirie