Lalezzh

Lalezzh
Azerbaijan University of Languages
4 Nisan
13 okur puanı
Aralık 2022 tarihinde katıldı
-Qarşılıqsız sevgi çox əzablıdır. - Ağrılıdır?! Sevdiyin insanlara qarşı buraxdığın səhvləri bütün ömrün boyu düzəltmək istəyirsən, onlar isə artıq yanın da yoxdurlar. Bax bu, ağrılıdır. Cavanlığında bütün fürsətləri əldən verirsən, yaşlaşanda isə onları xatırlayıb peşman olursan. Bax bu, ağrılıdır. Ətrafın gözəlliklərlə doludur, baxırsan,ancaq heç bir ləzzət ala bilmirsən. Bax bu, ağrılıdır. Böyük ümidlərlə yaşadığın halda, hər şeyin bir anda puç olması - bax bu, ağrılıdır. Etimad etdiyin, özünə hər kəsdən daha yaxın bildiyin, sirdaş sandığın insanın xəyanəti, ev-eşiyindən didərgin salınmağın, doğmalarının bir anın içində qətlə yetirilməsi və sənin tək qalmağın... Bax bütün bunlar ağrılıdır. Sənin dediyin bu qarşılıqsız sevgi isə boş və mənasızdır. İnsanların emosional pozuntu zamanı yaşadıqları hissə verdikləri, heç nə ifadə etməyən bir ad, bir söz. Bu necə bir ağrıdır ki, başqasının sevgisi ilə aradan qalxır. Həqiqi ağrı unudulmur və keçmir. O, qəlbimizin dərinliklərində özünə yer edir, sən onu oradan heç cür çıxarda bilmirsən.
Qədim Qala·Kitabı okudu
Psikoloji
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
- İnsan birini sevəndə daim onun yanında olmaq istəyir. Sevdiyinin diqqətini cəlb etmək üçün əlindən gələni edir. Sevənin bütün düşüncələri, xəyalları, yuxusu, aldığı hər nəfəs sevdiyinə məxsus olur. Ona aid olan hər şeyi bilmək istəyir. Keçmişinə, indisinə aid olan hər şeyi.
Qədim Qala·Kitabı okudu
Psikoloji
Ruhu ölmüş insan isə heç nədən qorxmur.
Sayfa 192 - Qədim Qala·Kitabı okudu
Psikoloji
İnsan öz üstünlüyünə əmin olduğu zaman ehtiyatı əldən verir.
Sayfa 311·Kitabı okudu
Psikoloji
Ola bilsin ki, sən mənim həyatımın ən böyük səhvi olacaqsan, ancaq bunu nə zamansa anlasam belə, peşman olmayacağam. Çünki bu, həyatımda etdiyim ən sevimli xəta olacaq.
QƏDİM QALA·Kitabı okudu
Psikoloji