Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Lalezzh

Lalezzh
@Lalezh
Azerbaijan University of Languages
4 Nisan
13 okur puanı
Aralık 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
256 syf.
8/10 puan verdi
The Boy in the Striped Pyjamas
The Boy in the Striped PyjamasJohn Boyne
8.9/10 · 39,2bin okunma
Reklam
224 syf.
5/10 puan verdi
·
48 günde okudu
Kitab dedektiv mövzusunda yazılıb, əsərdə hadisələr çox da dolaşıq deyil. Kitabın adını bəyənib almışdım maraqlı gəlmişdi. Axıcı dildə yazılıb. Bəzi məsələlərin havada qaldığını düşünürəm.
Qəpiyim Də Yox İdi, Qız İsə Çox Gözəl İdi
Qəpiyim Də Yox İdi, Qız İsə Çox Gözəl İdiDerviş Şentekin · Teas Press · 0455 okunma

Okur Takip Önerileri

Tümünü Gör
376 syf.
9/10 puan verdi
·
18 saatte okudu
Əsər ilk başda cansıxıcı görsənsə də insana aşıladığı məna, həyat dərsləri və fəlsəfəsi, xüsusilə Qurani-Kərimdən gətirilən sitatlar və nümunələr çox təsirlidir. Yaxşı işi, ailəsi olmasına baxmayaraq pessimist olan bir insanın(Villi), ölümünə günlər qalmış nikbin bir şəxs(Visam) ilə tanışlığından və sonra həyatının yaxşıya doğru dəyişməsindən bəhs edir.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,696 okunma
224 syf.
6/10 puan verdi
·
13 günde okudu
Varisin yaradıcılığından oxuduğun ilk əsərdir. Hüzünlə bitən sevgi hekayəsi...Əsərdə hadisələrin yalnız sevgi üzrə getməsi sıxıcı idi. Kitabda müxtəlif sevgi hekayələri və bu haqda əlavə məsləhətlər, məlumatlar da verilib, müxtəlif mənbələrdən sitatlar gətirilib. Əsərdə qadını kölə kimi, kiminsə malı, namusu olaraq görən insanların olması üzücüdür.
Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018318 okunma
Reklam
Qəribədir, uşaqlığın xortdanları böyüdükcə insanlara çevrilirdi.
Sayfa 96 - Qanun nəşriyyatıKitabı okudu
Kərəm fikirləşdi: "Kim deyir ki, pul əl çirkidir? Əksinə, o ən ağır günah ləkələrini belə tərtəmiz yuya bilir"
Nə qədər ki xəstəxanalar "sağlamlıq mərkəzi" adlanmayacaq, bizdə xəstələr düzələn deyil. Bir yerin ki adı "xəstə xana" oldu, bu nə deməkdir? Yəni ki, içindəkilər xəstədir. Xəstə olmasan belə "xəstə" xanasında olduğun üçün xəstələnəcəksən. Bir yerin ki adında ümidverici heç nə yoxdur, oradan necə sağlam adam çıxsın?
Sayfa 115 - Qanun nəşriyyatıKitabı okudu
244 syf.
4/10 puan verdi
Kitab mənə görə digər Qaraqan əsərlərinin yanında sönük qaldı. Kərəmin xəstəxana səhnələri, düşüncələri çox uzadılmışdı. Kərəm obrazı gözləmədiyi anda küçədən 1 milyon tapır və dünyanın ən xoşbəxt adamı olacağını düşünür. Halbuki başına gələcəklərdən tamamilə xəbərsiz idi. Sahib olduğu pulla çox şeyə nail ola bilərdi əgər qorxusuna məğlub olmasaydı.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,149 okunma
Şöhrəti olmayan ad, alovu olmayan yanğın kimidir.
Sayfa 45 - Qanun nəşriyyatı
Reklam
Və sonuncu xəbərdarlıq: özünüzdən yüksək mövqedə duranın sizdən asılılığının onu sizi sevməyə məcbur edəcəyi ağlınıza gəlməsin. Çox güman, sizdən qorxacaq. Lakin Makiavellinin dediyi kimi, sevgi doğurmaqdansa, qorxu doğurmaq daha yaxşıdır. Qorxunu idarə etmək olar, sevgini heç vaxt. Sevgi və dostluq kimi dəyişkən, həssas hisslərdən asılılıq sizi yalnız müdafiəsiz edir. Belə baxanda, başqaları sizinlə ünsiyyətdə olmağı sevdikləri üçün sizdən asılı olunca, qoy sizi itirə biləcəkləri qorxusu altında asılı olsunlar.
Sayfa 69 - Qanun nəşriyyatı
Lalezzh tekrar paylaştı.
288 syf.
7/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Dərviş Şəntəkinin bu romanını iki ildi görüb bilirdim, oxumaq indiyə qismət oldu. Diqqətimi açığı haqqında deyilənlər yox, adı çəkmişdi. Türkçə oxumağıma səbəb yenə bizim tərcüməçilərə qarşı olan güvənsizliyim oldu. Amma düzünə də qalsa açıb bizim dildə olan nəşri oxumamışam, xəbərim yoxdu, bəlkə də çox gözəl tərcümə olunub. Yazıçının kitab barədə dediyi bir qısa cümlə var. "Silahla ağıl qarşı-qarşıya" Biz silahın qalib gəldiyi bir roman oxumuş oluruq. İstefaya məcburi göndərilmiş kəşfiyyatçımızın daha çox keçmişdə başına gələn hadisələrə keçid etməsiylə itmiş bir iş adamını axtarması barədədi roman. Son da nə qədər boşluqda qalsam da, ümumi roman boyunca axıcı bir dillə qarşılaşdım. Bir çox şey havada qaldı sonda. Pislik qalib gəldi sanki digər kitabların əksinə. Amma araşdırdıqdan sonra bu adda ikinci bir romanın olduğunu gördüm və deyəsən davam məqsədi daşıyır.
Beş Parasızdım ve Katilimi Arıyordum
Beş Parasızdım ve Katilimi Arıyordum
Son olaraq kitabı azyaşlıların oxumasını tövsiyə etmərəm, ya da dini və psixi zəifliyi olanlara. Çünki yazıçımız sanki qərarsızdı. Bir şeylərə inanmaq və inanmamaq arasında qalıb. Türklər demiş çerezlik bir kitabdı. Mənim kimi yolda oxuya bilərsiniz. Türkiyədə 80-90-cı illərdə siyasi qarışıqlıqlar, qarşıdurmalar, suiqəsdlərə işıq tutulub D.Şəntəkin tərəfindən. Son olaraq bəyəndim. Xoş oxumalar.
Derviş Şentekin
Derviş Şentekin
Beş Parasızdım ve Kadın Çok Güzeldi
Beş Parasızdım ve Kadın Çok Güzeldi
Beş Parasızdım ve Kadın Çok Güzeldi
Beş Parasızdım ve Kadın Çok GüzeldiDerviş Şentekin · Kırmızı Kedi Yayınevi · 2018455 okunma
Həyatda nə olursa olsun hər şey üçün ümid var, təki inamını itirməyəsən. Əl çəkməyəsən. İnsan üçün əsas olan odur ki, özü üçün doğru olan insanı tapsın.. Fərqi yoxdur, harada, hansı şəraitdə, hansı imkana sahibkən tapırsan..Əsas odur onu tapasan və bərk-bərk yapışasan.. Onun varlığını hiss edəsən, ondan güc tapasan..
Sayfa 132Kitabı okudu
60 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.