Lamiyə Mehralı

Lamiyə Mehralı
@Lamiya824

Lamiyə Mehralı

, bir kitap okudu
8/10
·144 syf.·
2023 14. kitabı
Əzizə Cəfərzadə
7.9/10 · 16 okunma
Reklam
Qız kitabı örtdü və bu ani hərəkət elə o andaca mənim üçün unudulmaz bir xatirəyə çevrildi, onun üzündə gördüyüm təbəssümü mən sonralar da unuda bilmədim; kitab örtülərkən eşitdiyim səs hələ də qulağımdadır, vərəqlərin arasına əlfəcin əvəzinə qoyulmuş dəmiryol biletinin necə kənara tullandığını indi də xatırlayıram; bilet yerə düşdü, bizim heç birimiz əyilib onu götürmədik...
Sayfa 59·Kitabı okudu
Qıza baxdıqca mən onun sifətindəki gözəlliyi indiyəcən heç bir kişinin görmədiyini ağlıma sığışdıra bilmirdim. Necə olmuşdu ki, kişilər bu gözəlliyi kəşf eləməmişdilər, necə olmuşdu ki, onlar Hedviqin qarşısında beləcə - mənim kimi donub qalmamışdılar? Kim bilir, bəlkə də o mənim gözümə göründüyü andan bu qədər gözəl olmuşdu?
Sayfa 52·Kitabı okudu
Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də başbaşqa bir həyata qədəm qoyacaqdım. Mən elə bir həyata daxil olacaqdım ki, Hedviqlə rastlaşanacan bu həyat mənim nəzərimdə dəhşətli yox, demək olar ki, qənaətbəxş görünürdü. Bu məsələni öz aləmimdə götür-qoy edərkən mən məhz belə zənn eləyirdim, lakin vağzalın bambaşqa platformasında dayanmış o qatar - o həyat ki, az qala astanasından içəri keçməkdə idim, indi fikirləşdikcə görürəm ki, əvvəllər qənaətbəxş bildiyim o həyat mənim üçün cəhənnəm əzabı olacaqdı.
Sayfa 6·Kitabı okudu