Lamiyə Mehralı

Lamiyə Mehralı
@Lamiya824
Mən bir də nə düşünürəm? Bax, qulaq asın. Müharibə nə qədər oldu? Dörd il... Çox uzun müddətdir... Nə quşları, nə çiçəkləri xatırlayırdım. Onlar əlbəttə ki, vardılar, amma mən onları xatırlamırdım. Bəli, bəli... Qəribədir, elə deyil? Məgər müharibə haqqında filmlər rəngli ola bilərlərmi? Axı orada hər şey qara rəngdədir. Təkcə qanın rəngi fərqlidir... Ancaq qan qırmızı rəngdədir...
Sayfa 66·Kitabı okudu
Reklam
Kaş müharibə haqqında elə bir kitab yazmaq olaydı ki, müharibə sözünün özü belə ürək bulandıraydı, hətta müharibə haqqında düşünmək belə insan üçün dözülməz olaydı. Dəlicəsinə... Generalların özlərinin belə ürəkləri qalxaydı...
Sayfa 21·Kitabı okudu
O, bu yaxınlarda məndən soruşmuşdu:" Müharibə nə deməkdir?" Necə cavab verəydim? Mən onu bu dünyaya şəfqət dolu bir ürəklə yola salmaq istəyirəm; öyrədirəm ki, əgər sənə lazım deyilsə, boş yerə çiçəyi dərmək olmaz. Parabüzənləri əzmə,yazığın gəlsin, çəyirtkənin qanadlarını qoparma... Bəs uşağa müharibəni necə izah edim? Ölümü necə başa salım?!
Sayfa 20·Kitabı okudu
Reallıqla bizim aramızda hislərimiz dayanır.
Sayfa 18·Kitabı okudu
Məktəbdə bizə ölümü sevməyi öyrədirdilər. Biz... uğrunda ölmək istədiyimiz haqqında inşalar yazırdıq. Xəyal qururduq.
Sayfa 9·Kitabı okudu
Savaş
Reklam