Lamiyə Mehralı

Lamiyə Mehralı
@Lamiya824
10/10
·456 syf.··
2024 1. kitabı
Deyirlər ki, kitab oxumaq dünyaya bir dəfə gəlib minlərlə həyat yaşamaq deməkdir. Bu kitabı oxuduqda sözün əsl mənasında minlərlə həyat yaşamış olursunuz. Bir tərəfdən özünü həmin qadınların yerinə qoymaq dözülməz gəlir, digər tərəfdən onları əsgər olaraq yox, qadın olaraq başa düşürsünüz. Bir gecədə saçı ağaran... Müharibəyə kiçik yaşda getdiyi üçün dörd ilə 10 sm boyu uzanan... Müharibədə çox qan gördüyü üçün qırmızı rəngə allergiyası olan...(sözün həqiqi mənasında) Düşmən əlinə keçməmələri üçün öz körpəsini bataqlıqda boğmaq məcburiyyətində qalan...(əvvəllər bu hissə senzuradan keçməyibmiş) Sırf qadın olduqları üçün müharibədən sonra xorlananlar. Axı onlar dörd il kişilərlə bir yerdə döyüşmüşdülər... Bu kitabda onlar rus, əsgər hətta insan olaraq yox, qadın olaraq danışırlar... Son olaraq əsərdən bir cümlə ilə bitirmək istəyirəm: "Bu kitabı oxuyana yazığım gəlir, elə oxumayana da..."
Tarih
Müharibə Qadın Simalı DeyilSvetlana Aleksiyeviç · Xan Nəşriyyat · 20151,320 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Lamiyə Mehralı

, bir kitap okudu
10/10
·456 syf.··
2024 1. kitabı
Svetlana Aleksiyeviç
9/10 · 1.320 okunma
Təsadüfən pəncərəyə yaxınlaşdım. Bizim evlə qarşı- qarşıya skamyada bir oğlanla bir qız oturmuşdu - öpüşürdülər. Heyrətləndim. Ətrafda qırğın vardı, güllə-baran idi. Onlar isə öpüşürdülər...
Sayfa 325·Kitabı okudu
Əvvəlcə ondan öz ünvanıma xeyli xoş söz eşitdim: - Siz bu gün elə cavan görünürsünüz ki... Siz axı müharibədən necə keçmisiniz? Mən ona cavab verdim: - Bu onu sübut edir ki, siz bizim cəbhəyə getdiyimiz vaxt nə qədər gənc olduğumuzu başa düşürsünüz...
Sayfa 180·Kitabı okudu
Deməli, biz hücuma getməyə hazırlaşırdıq, elə bu zaman pulemyotdan atəşə tutulduq. Və batalyon silindi... Hər kəs yerə yıxılmışdı. Hamı öldürülməmişdi, amma hamı yaralı idi. Almanlar isə atır, atəşi dayandırmırdılar. Heç kimin gözləmədiyi halda birdən səngərdən əvvəl bir qız sıçradı, sonra ikincisi, üçüncüsü... Onlar yaralıların yarasını sarımağa və atəş altından çıxarmağa başladılar; hətta almanlar belə bir müddət heyrət içərisində donub qaldılar.
Sayfa 145·Kitabı okudu