Sənin üçün anan elə ana obrazında idi. Ananın da ilk addımlarını atdığı dövrlərdən keçdiyini, nə zamansa üç, on iki, yaxud iyirmi yaşının olduğunu heç təsəvvür edə bilmir, onun, sadəcə və sadəcə ana kimi doğulduğunu fikirləşirdin. Bu hadisənin şahidi olduqdan sonra isə sənin böyük qardaşlarına bəslədiyin hisslərin eynisini onun da ürəyində öz qardaşına qarşı bəsləyən bir insan olduğunu dərk etdin və bu, səndə bir zamanlar ananın da uşaqlıq dövrünün olması fikrini yaratdı.