Necə də gözəl görsənirdi.Birdən birə saçlarını alnından kənara çəkmək,kiçik qulağının daha yaxşı görünməsi üçün saçını qulağının arxasına vermək istədim.Öz-özümə acığım tutdu " qızın qulağından sənə nə ? Lano ? Görsəndi ya görsənmədi..Çizgiləri necədə kiçikdir,zərifdir,özü kimi..Bircə gözlərindən başqa.."
- Kaftarlar da insanlar kimidir,kimin yanında özlərini xoşbəxt hiss edirlərsə,orada qalmaq istəyirlər.
- Lano,insanlar elə deyil.Xoşbəxt olanda bu xoşbəxtlliyin,nədən,kimdən gəldiyini anlamırlar.Onları xoşbəxt edənləri incidirlər, qovurlar.Bir müddətdən sonra hiss edirlər ki, bədbəxtdirlər,ancaq niyə belə olduğunu yenədə anlamırlar .
- Başımı qaldırıb göyə baxdım.Ay gizlənmişdi,heç elə bil yerli-dibli olmayıb.Nəyə baxım ki, Maqu da onu görsün?.Uzaqda olanda əzizinlə eyni səmaya baxdığını, eyni şeyləri düşündüyünü bilmək darıxmağı azaldır.Bilirəm ki, indi Maqu da tonqalın yanında tək-tənha oturub,gözlərini göyə dikib ayı gözləyir...