Neçə illər mən öz ürəyimə qarşı mübarizə aparmışam, çünki unudulmaqdan, əzabdan, kədərdən qorxurdum. Lakin həmişə bilirdim ki, əsl məhəbbət - bütün bunlardan yüksəkdir, bilirdim ki, ölmək yaxşıdır, nəinki bir daha sevməmək.
Ancaq mənə elə gəlirdi ki, bunun üçün cəsarətə başqaları sahibdir, məndəsə o yoxdur. Və yalnız indi anladım ki var! Hətta məhəbbət özü ilə ayrılıq, tənhalıq, qüssə gətirsə belə, o, bizim onun üçün ödədiyimiz bədələ dəyər.