?⃤Tərbiyə Səfərova✟⃤

?⃤Tərbiyə Səfərova✟⃤
@LilithYesari
Yatdığı yerdən zaman və məkanlar arasında səyahət etməyi xəyal edənlər; Astral səyahət(proyeksiya) deyil sizə lazım olan: Sadəcə nəfəslik bir film... Dadımlıq bir kitab... t.me/kinokitabxana
Xristianlığın mənşəyində də spiritizmin dayandığı, Hz. İsanın isə müalicəedici qabiliyyətlərə və ESP-yə (ekstrasensor qavrayışa) malik, yüksək dərəcədə inkişaf etmiş bir mediumdan başqa bir şey olmadığı da iddia edilmişdir.
Etimoloji Defteri
Mücellit Nedir ?
Ölümdən sonra həyatın davam etdiyinə, Yer üzünə başqa formalarda qayıtmağa və bütün varlıqların birliyinə olan inancın davamlılığında maraqlı bir tutarlılıq var. Əgər bu sadəcə bir əfsanədirsə, necə olur ki, fərqli cəmiyyətlər və sivilizasiyalar bir-birindən tamamilə müstəqil şəkildə eyni və ya oxşar bir ssenariyə gəlib çıxıblar?
Özünü aldatmaq insanın bir qüsurudur. İnsanlar bəzən istəklərinin yerinə yetirilməsi üçün çalışırlar.
Puan vermedi·264 syf.··
2025 42. kitabı
·
4 günde okudu
·
Okunma: 24 Aralık 2025 12:56
Manifest — Sözlə Başlayan Mübarizə.    Mir Cəlal "Bir Gəncin Manifesti" Roman Azərbaycandakı vətəndaş müharibəsinə həsr olunub, insan taleləri ön plandadır. Mir Cəlal insanı insan edənlə, onu qəddarlaşdıran amilləri üz-üzə qoyur və oxucunu narahat edən sualı səssizcə verir: insan, insana bunu edərmi? Qəddarlıq, biganəlik insanın xislətidir. Roman, 1938-ci ildə yazılıb, amma o dövr üçün aktual olan mövzular bu günümüz üçündə aktualdır. Mir Cəlal romanda ümidimiz, pənahımız Lenin deyir, bizim yolumuz qırmızı Rusiyadır deyir. AXC-müsavat hakimiyyətinin insafsızca tənqidi, tarixin təhrif olunmağı sovet narrativinin ədəbiyyata köçürülmüş formasıdır. Romanda Erməni Suren obrazı vardı, romanın baş qəhrəmanı Mərdan ilə Surenin qardaşlıq kağızı vardı. Bu yerdə Əkrəm Əylislinin "Daş yuxular" romanı yada düşür))) Romanda azadlığa çağırış motivləri güclüdür. Artıq yuxarı zümrənin zülümündən bezən insanlar inqilab edir. Amma bir asılılıqdan qurtulub, digərini çağırırlar "Sovet İmperiyası". Sovet Rusiyasından bizə miras qalanlar sirr deyil. Mir Cəlal həqiqəti mətnin alt-qatlarında danışırdı. Mir Cəlal elmin-təhsilin rolunu vurğulayır, cəhalət insanı asanlıqla ideologiyaların alətinə çevirir. Insan talelərini təsirli bir dillə çatdırıb yaziçi, xüsusilə Baharın taleyi insanı sarsır.  İdeologiyalar dəyişə bilər, bayraqlar enib-qalxa bilər, lakin tapdalanan vicdan, susdurulan düşüncə və dağılan talelər dəyişməz qalır. "Bir gəncin manifesti" oxuyub, düşünməli olduğumuz bir romandır, biz düşünürükmü, yoxsa bizə düşünülənləri qəbul edirik?
Edebiyat
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019349 okunma
Ölümdən sonra yaşamaq istəyi insanın həssas eqosunu qorumaq üçün yaranan “irqi” özünübəyənmişlikdirmi? Yoxsa kainatın mexanizmlərindən kənarda olduğumuza inanmaq özünübəyənmişlik sayılarmı? Elə bir kainat ki, dövri yenilənmə sistemi daxilində işləyir və məlum olduğu qədərilə dərkedilməz kosmik bir mexanizmin mühüm parçası kimi görünür. Enerji məhv edilmir, sadəcə başqa bir formaya çevrilir. Fiziki ölümümüzdə də bizim başımıza gələn budurmu?