?⃤Tərbiyə Səfərova✟⃤

?⃤Tərbiyə Səfərova✟⃤
@LilithYesari
Yatdığı yerdən zaman və məkanlar arasında səyahət etməyi xəyal edənlər; Astral səyahət(proyeksiya) deyil sizə lazım olan: Sadəcə nəfəslik bir film... Dadımlıq bir kitab... t.me/kinokitabxana
Dini hekayələrə fərqli baxış
Puan vermedi·139 syf.··
2026 14. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Haziran 2026 10:00
Müqəddəs Tarixin Üsyankar Şahidi.     Jose Saramago "Qabil" Jose Saramago ilə Adəm və Həvvanın yaradılışına doğru səhayətə çıxıb, Nuh Peyğəmbərin insanlıq yox olarkən gəmi ilə xilas etdiyi seçilmişlərin hekayəsinə fərqli baxış bucağı ilə baxırıq. Jose Saramago sorğulayıb: Tanrı özü narsistlik edərkən, haqsızlıq edərkən, niyə yaratdığı bəndələrinin günahlarına göz yummur...?! Dini kitablardan bildiyimiz xarakterleri daha fərqli təsvir edib yazıçı və hətta bəzi yerlərdə təhqirdəndə istifadə edib... Tanrını, dini inancları, dini kitablardakı müqəddəs sayılan xarakterləri insest əlaqələr və pornoqrafiya üzərindən sorğulamaq insanların, müqəddəs inanclarına savaş açmaqdır. Kitabda sevdiyim və sevmədiyim qisimlər oldu. Kitabın əsas qəhrəmanı Qabil qardaşını öldürdükdən sonra Tanrı tərəfindən cəzalandırılır və zamanda səyahət edərək bir çox hadisələrə şahid olur. Qardaşını öldürərkən belə günahı Tanrıda görür. Hər bir insan azad iradəli olaraq yaradılıb və bu iradəmiz ilə etdiyimiz mənfi hərəkətlərin günahını Tanrının üzərinə atmaq məsuliyyətdən qaçmaqdır... Həqiqi iman kor-koranə inanmaqla deyil, sorğulamaqla başlayır. Amma nəyi və necə sorğulayırıq , ən əsas olan necə anlayırıq...?! İlahi ədalət ilə insani ədalət üst-üstə düşməyəndə, İnsan bəzən inandığı ilə mübarizə aparır. Bəsit və Ağrılara hesablanmış baxış prizmalardından baxdıqda, kimisə günahlandırmaq o qədər asan gəlir. Xüsusən də, "Tanrı və Şeytan"ı. Emosiya və Histeriyaya görə edilən hər hərəkətin, işlədilən hər ifadənin kvantik təsirləri və qarşılıqları var. İnsanın Tanrıçılıq oynamaq həvəsi, qarşisı alınmaz fəsadlara yol açıb daima. Hal-hazırda dünyada baş verən proseslər buna bariz nümunədir.
KabilJosé Saramago · Kırmızı Kedi Yayınevi · 201814,3bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
6/10
·224 syf.··
2026 11. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Nisan 2026 18:02
Toxunulmayan Duyğular. Haruki Murakami "Qadınsız Kişilər " “Mən qapını heç vaxt  öz açarımla açmazdım ki... o ,zaman anladım getdiyini” Çox zaman kişilər tərəfindən tərk edilən qadınların hekayəsi anladılıb bizə. Haruki Murakami isə bu səfər fərqlilik edərək qadınlar tərəfindən tərk edilən kişilərin hekayələrini qələmə alıb. Bir kişi üçün qadının yoxluğu onun  fiziki olaraq getməsindən qat-qat ağırdır. Qadın gedəndə, kişi sadəcə onu yox, özünüdə itirir. Bu boşluğu heç bir zaman doldura bilmirlər. Bu romanda kişilərin sərt görünüşünün pərdəarxasını  oxuyacağıq. Murakami 7 qəhrəmanın, 7 fərqli hekayəsini şişirtmədən, dramatizə etmədən qələmə alıb. Bəzi duyğular vardır ki, yalnız yaşayan bilər, Murakami də bu duyğuları olduğu kimi çatdırır. Əslində, oxuduqca fərqinə varırsanki, bəzi kişilərin öz günahı olub, tərk edilmək, bəziləri isə heç layiq deyildilər tərk edilməyə. Qəddar, özünü düşünən kişilər olduğu kimi, qadınlarda vardır. Bu kitaba "Empatiya Kitabı" desək daha düzgün olardı. Yazıçı Kafkaya da salam göndərib. "Çevirilmə" romanında insandan böcəyə çevrilən Gregor Samsa, bu səfər isə böcəkdən insana çevrilən "Aşiq Samsa" obrazı ilə qarşımızdadır. "Bir gün sən də qadınsız kişilərdən olacaqsan. O gün, ən kiçik bir xəbərdarlıq etmədən, ən balaca bir ipucu vermədən, heç bir öncəgörü hiss etdirmədən və ya içinə doğmadan, qapını döymədən — heç gözləmədiyin bir anda gələcək." Bəlkədə bəziləriniz üçün o gün gəlib, bəziləriniz üçün isə gəlməyib. "Drive My Car" Bu film birbaşa Murakaminin hekayəsinə əsaslanır, izləməyinizi tövsiyə edirəm. Bu filmdə bir sitat var idi: “Acı ilə yaşamağı öyrənirsən, amma o heç vaxt tam getmir.” Hekayədəki kişilərdə acılarını unutmur, çünki bəzi itkilər unudulmaq üçün deyildir.
Kadınsız ErkeklerHaruki Murakami · Doğan Kitap · 20255,1bin okunma
Puan vermedi·200 syf.··
2026 10. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Nisan 2026 08:45
Yaxşı və Pisin Birləşməsi.      Herman Hesse "Demian" Çox güman ki, hər biriniz həyatınızda bir dəfə də olsa, "Mən Kiməm" sualı ilə baş-başa qalıb, yuxusuz gecələr keçirmisiniz. Əgər həyatınızın bu dönəmindəsinizsə, bu kitab ya sizi məhv edəcək, ya da qurtuluş simvolunuz olacaq. Hər sətrindən zövq aldım kitabın, oxuduqca heç bitməsini istəmirdim. Kitab gnostizm və sembolizm ilə zəngindir, biraz yorucu ola bilir bu qisimləri. Kitabın mistik aurası, dini söhbətlər sanki ,yaz yağışı abu-havasını yaşadır insana. Hətta xristianlıq haqqında bilmədiklərimi də öyrəndim. Sizə "Bab'Aziz" filmini də izləməyinizi tövsiyə edirəm, kitabla bir bütünlük təşkil edəcək. Biz öz dünyamızı dağıtmadan, konfor zonamızdan çıxmağa cəsarət etmədən nə dərəcədə "Özümüz" ola bilərik...?! Hər birimiz yaxşı yönlərimiz ilə övünürük, bəs pis yönlərimizi qəbul etməyə cəsarətimiz varmı...?! İçimizdə gizlətdiklərimiz ilə üzləşməyə qorxuruq. Əslində isə məsələ heç bir zaman "Yaxşı insan" olmaq deyildi, məsələ bütöv insan olmaqdır. Mövlana da öz çərçivəsində yaşayan insan idi, Şəms Təbrizi ilə qarşılaşmaşı bu çərçivəni qırdı. Öz "Mən"ini tapdı. Kitabın qəhrəmanı Sinclairdə Demian ilə qarşılaşıb özünü tapdı. Bəzən həyatımıza girən insanlar bizi parçalayır, amma bu parçalanmadan bütöv "mən"lik doğulur. "Bab'Aziz" filmində belə bir sitat vardı: " Hər kəs yolunu tapmaq üçün, ona bəxş edilən ən dəyərli istedadını istifadə edir" Çalışın bu istedadınız qaranlıq ilə üzləşmə gücünüz olsun. Kitabda belə bir sitat var idi: "Əgər bəşəriyyət məhv olsaydı və yer üzündə yaşamağa qabil bircə uşaq qalsaydı belə ,hansına ki ,heç vaxt heç nə öyrətməyiblər - o, yenidən Allahları, şeytanları, cəhənnəmi, nəsihətləri və qadağaları, köhnə və yeni 'İncil'i, qətiyyətlə hər şeyi yaradardı." İnsan heç bir zaman xaricdən öyrədilən bir
DemianHermann Hesse · Can Yayınları · 20216,6bin okunma
Puan vermedi·176 syf.··
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Nisan 2026 18:23
Səssiz üsyan.   Anar "Ağ Liman"   Yuxu ilə başlayıb, yuxu ilə bitən bu Povest düşündürücü idi. Məhşur "Beşmərtəbəli evin, altıncı mərtəbəsi " romanın girişidir, obrazlar ilə tanışlıqdır. Obrazların hər birinin öz daxili boşluqları vardı, hər şeyin qıraqdan göründüyü kimi olmadığını göstərir Povest. Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan ailə-məişət mövzularına azacıq fəlsəfi toxunuş etməyə çalışıb Anar. Məncə, Povestin əsas gücü də elə buradadır  böyük hadisələr baş vermir, amma insanın içində böyük qırılmalar yaşanır. “Ağ liman” burada sadəcə məkan deyil. O, bir simvoldur insanın çatmaq istədiyi sakitlik, sığınacaq, bəlkə də heç vaxt əldə edə bilmədiyi daxili harmoniya. Povest bəzən sıxıcı gəlir, bəzən isə düşündürücü. Bu da onun ritmindən yox, daha çox həyatın özündən qaynaqlanır , çünki real həyat da eyni ilə belədir: Monoton, amma dərin. Məmməd Nəsir, Səfdər baba obrazlarına daha da rəğbət bəslədim. Məmməd Nəsir içki aludəçisi olsada, söylədiyi nitqlər fövqalədə idi. Onun simasında sanki cəmiyyətin kənarında qalmış, amma həqiqəti daha aydın görən bir insan var. Biz ətrafımızda daimi olan insanları nə qədər tanıyırıq, dərdlərinə nə qədər şərik oluruq...?! Bəzən insan adi bir telefon ilə danışmağada həsrət qalır. Heç düşünmüsünüzmü, biz insanlar eyni məkanda yaşayıb, fərqli dünyalarda tənha qalanlarıq...?! Xüsusilə "Yadlıq  Yüzilliyində" daha da yadlaşırıq. Hər kəs öz "Ağ Limanı"nı axtarır, amma kim çatıb o limana...?! Bəlkədə çatan var, nə xoş halına. "Fight Club" filmindən bir sitatı anımsadım. "Sahib olduqların sonda sənə sahib olur"... Bəlkə də problem elə bundadır  biz “liman” axtarırıq, amma özümüzü yükə çevirən şeylərdən qopa bilmirik. Oxuyun, oxutdurun kitabla qalın əziz insanlar...
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
Puan vermedi·248 syf.··
2026 6. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Mart 2026 14:38
Xəyallardan reallığa eniş. Guy de Maupassant “Bir Həyat” Maupassant mənə görə novellanın ən güclü ustalarından biridir. O, həyatı olduğu kimi—bəzəksiz, saxtasız və bütün çılpaqlığı ilə qələmə alır. İnsan psixologiyasını çox incə və dərinliklə açır. Bu kitabda əsas obraz Jeannanın psixologiyasını əla işləyib yazıçı. Xüsusilə də oğluna olan bağlılığı, psixoanaliz cəhətdən incələməyə çox açıqdır. Evlilik kişiyə təcavüz haqqını verirmi...?! Çəhrayı xəyallar qurdurub evləndiyi xanıma cəhənnəm əzabını yaşatmaq hüququnu kim verir kişiyə...?! Əslində kitab keçmişdə yazılsada çagdaş dövrümüzdəki, bəzi münasibətləri də ehtiva edir özündə. Keçmişdən bu günə dəyişən heç nə yoxdur, əslində. Yenə xəyanətə uğrayan qadın və yenədə ailə tərəfindən bu münasibəti davam etdirməyə məcbur olan qadındır. Din hansı dərəcədə insanların həyatına müdaxilə edə bilər...?! Yaşlı rahibin gördüklərini yox sayması, insanları Tanrıya yaxınlaşdırır, ya gənc rahibin insanların qüsurlarını amansızca cəzalandırması, insanları Tanrıdan uzaqlaşdırırmı...?! Hekayənin verdiyi ən dərin mesajlardan biri budur: Necə insan olmağın genetikadan yox, necə böyüdülməyindən asılıdır. Hekayə gözlənilməz hadisələr ilə zəngindir, xüsusilə sonu daha gözlənilməz oldu mənim üçün. İnsanı daima canlı tutan ümiddir, kiçik ümid qığılcımı bəzən bir ömrə bədəldir. Bu həyat bumerangdır, etdiklərin bir gün sənə dönür, amma eyni zamanda həyat çox da acımasızdır. Heç layiq olmadığın hadisələri yaşayırsan. Maupassant burada çox incə bir mesaj verir: həyat heç vaxt tam qara və ya tam ağ deyil. Bütün ağrılara, xəyal qırıqlıqlarına baxmayaraq, insan yenə də yaşamağa davam edir. Bu kitabı bütün gənclər, xüsusilə gənc xanımlar mütləq oxumalıdır...
Bir HayatGuy de Maupassant · Cem Yayınevi · 1976275 okunma