Bura bu kitabın incelemesinden daha çox içimi boşaltmaq istəyirəm. Buna ehtiyac duyuram sadəcə, çox bitkinəm.
Şübhəsiz hal-hazırda həyatımın ən çətin dövrünü yaşayıram. Hər bir baxımdan.. Psixologiyam məhv olmuş durumdadır. Və günü gündən hər şey daha da bərbad vəziyyətə doğru gedir. Sağdan soldan problemlər, yersiz məsuliyyətlər. Ən faciəvisi də canından daha çox sevdiyin, nə də olsa, nə də baş versə, ən çətin durumunda belə yanında olub səninlə birlikdə dibləri yaşayan birisinin indi yanında olmamasıdır.. ola bilməməsidir. "Bir gün hər şey yaxşı olacaq" ümidi olmasa hər an hər şeyə son verməyə hazıram. Bilirsiz, sadəcə sonu maraqlıdı, hər şeyin yaxşı olub olmayacağını görmək, bunun üçün hər şeyimi verərəm, və o ana qədər dözəcəm, dəli olsam da, məhv olsam da dözəcəm..
Son zamanlar çox kitab da oxuya bilmirəm, hətta bu hedefi tamamlamaq kimi bir fikrim də yox idi. Çünki indi uzaqlarda olan birinin sayəsində tamamlayacaqdım, bu da mümkünsüz idi. Yenə də onun kitabına, o gələnə qədər yaxın durmayacağam. Başqa kitab da oxumaq könlümdən keçmirdi. Amma keçən dəfə bütün problemlərin tənhalığımla birləşib mənə əzab verdiyi bir zamanda sükutla kitab rəfimin qarşısına keçdim. Və içimdən bir səs sadəcə "bu kitabı götür və oxu dedi." Tərəddüd etdim, amma götürdüm və oxudum, az öncə də bitirdim. Düşünürəm ki, bir kitab oxunmaq üçün ancaq bu qədər yerində seçilə bilərdi. Yəni məhv olmuş şeylərin arasında bu kitabı oxumaq məni çox incitmiş olsa da, duyğulandırsa da, azca da olsa çox xoşbəxt hiss etdirdi. Buna çox ehtiyacım var idi. Daha çox baş roldakı uşaq haqda danışmaq istəyirəm, Zeze. Bir növ mənə az öncə bəhs etdiyim məndən uzaq düşmüş dostumu xatırladırdı. Hər bir dialoqu ilə, hər bir hərəkəti ilə, içində ki həyat sevgisi ilə, həssas, saf xoşbəxtliyi ilə, aşıb daşan