Kitabın adı mövzusu ilə bağlı bir çox şeyi açıqlayır. Həmçinin, nəzər yetirəndə gördüm ki, mövzu ilə bağlı maraqlı fikirlər də paylaşılıb platformada. İstəyirəm nəşriyyat barədə danışım.
Çoox sevindirici haldır ki, belə nəşriyyatlar fəaliyyət göstərir. Baxmayaraq ki, fransızca bilmirəm, kitabı oxuduqda məni narahat edəcək istər məntiqi, istər qrammatik və s. heç bir səhvlə qarşılaşmadım. Aydın idi ki, gözəl tərcümədir. Olduqca böyük zövqlə oxudum. Əgər nə vaxtsa bu yazım qarşılarına çıxarsa onlara dərin təşəkkürümü bildirmək istəyirəm. İşlərini böyük məsuliyyətlə gördükləri barizdir. Kitabı əlinizə aldığınız zaman istər onun cild dizaynı istər bayaq qeyd etdiyim kimi tərcüməsi və kitabın mövzusu ilə vəhdət təşkil edən daxilindəki rəsmlər əmək nümunəsidir. Keyfiyyətli işin nəticəsidir.
Sevdiyim nəşriyyatlar siyahım yoxdur. (Sevmədiklərim var :)) Bir kitab oxusam belə İz mənim ən sevdiyim nəşriyyatdır artıq. Belə işlərin davamını arzulayıram!
Yekunda əsər haqda da fikirlərimi bölüşmək keçdi içimdən. (Son anda alınan qərarlardan biri :))
Yazıçı Jean Giono (Jan Jiono) məndə özü haqda maraq oyatmağı bacardı. Hər yazarı araşdırmaq istəyi yaranmır məndə. Amma həm kitabda olan onun haqda məlumatları oxuduqda həm də əsəri bitirdikdə tənbəl bir insan olsam belə (:)) bu yazar haqda daha çox oxuyacam və əsərlərinə müraciət edəcəm. Fransız ədəbiyyatı diqqətimi çəkib həmişə. Onlarla bir çox bənzərliyimizi kəşf etmişəm əsərləri oxuduqca.
Son olaraq, Elzerd Bufier mənim ən sevdiyim əsər personajıdır artıq. Ona görə yox ki, ağac əkir. Xatakteri məni özünə cəlb edir. Yazar onu oxucuya ötürə bilir. Həmçinin, insanda təəssüüf hissi yaratmağı da bacarır. Real həyatda da tanımaq istərdim onu. Baxmayaraq ki, vurğulanıb ki, o sadəcə xəyali personajdır lakin, mənim üçün realdır. :)