Luna

Avtobusda oxuyub bitirdiyim kitab
Puan vermedi·54 syf.··
2024 13. kitabı
Kitabın adı mövzusu ilə bağlı bir çox şeyi açıqlayır. Həmçinin, nəzər yetirəndə gördüm ki, mövzu ilə bağlı maraqlı fikirlər də paylaşılıb platformada. İstəyirəm nəşriyyat barədə danışım. Çoox sevindirici haldır ki, belə nəşriyyatlar fəaliyyət göstərir. Baxmayaraq ki, fransızca bilmirəm, kitabı oxuduqda məni narahat edəcək istər məntiqi, istər qrammatik və s. heç bir səhvlə qarşılaşmadım. Aydın idi ki, gözəl tərcümədir. Olduqca böyük zövqlə oxudum. Əgər nə vaxtsa bu yazım qarşılarına çıxarsa onlara dərin təşəkkürümü bildirmək istəyirəm. İşlərini böyük məsuliyyətlə gördükləri barizdir. Kitabı əlinizə aldığınız zaman istər onun cild dizaynı istər bayaq qeyd etdiyim kimi tərcüməsi və kitabın mövzusu ilə vəhdət təşkil edən daxilindəki rəsmlər əmək nümunəsidir. Keyfiyyətli işin nəticəsidir. Sevdiyim nəşriyyatlar siyahım yoxdur. (Sevmədiklərim var :)) Bir kitab oxusam belə İz mənim ən sevdiyim nəşriyyatdır artıq. Belə işlərin davamını arzulayıram! Yekunda əsər haqda da fikirlərimi bölüşmək keçdi içimdən. (Son anda alınan qərarlardan biri :)) Yazıçı Jean Giono (Jan Jiono) məndə özü haqda maraq oyatmağı bacardı. Hər yazarı araşdırmaq istəyi yaranmır məndə. Amma həm kitabda olan onun haqda məlumatları oxuduqda həm də əsəri bitirdikdə tənbəl bir insan olsam belə (:)) bu yazar haqda daha çox oxuyacam və əsərlərinə müraciət edəcəm. Fransız ədəbiyyatı diqqətimi çəkib həmişə. Onlarla bir çox bənzərliyimizi kəşf etmişəm əsərləri oxuduqca. Son olaraq, Elzerd Bufier mənim ən sevdiyim əsər personajıdır artıq. Ona görə yox ki, ağac əkir. Xatakteri məni özünə cəlb edir. Yazar onu oxucuya ötürə bilir. Həmçinin, insanda təəssüüf hissi yaratmağı da bacarır. Real həyatda da tanımaq istərdim onu. Baxmayaraq ki, vurğulanıb ki, o sadəcə xəyali personajdır lakin, mənim üçün realdır. :)
Edebiyat
Ağac əkən adamJean Giono · İz Nəşriyyatı · 20212,337 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Luna

, bir kitap okudu
Puan vermedi·54 syf.··
2024 13. kitabı
Jean Giono
8.9/10 · 2.337 okunma
Ünsiyyət dialektik prosesdir.
İnsanın ünsiyyət tələbatında həmişə bir-birinə əks olan iki meyl aydın nəzərə çarpır. Şəxsiyyət, bir tərəfdən başqalarına oxşamağa, onlar kimi hərəkət etməyə, yoldaşları və dostları ilə qaynayıb qarışmağa, insan içində olmağa səy göstərir, öz həyatının mənasını başqa adamın sevincində, rahatlığında axtarır. Digər tərəfdən bununla bahəm başqa bir meyl də müşahidə olunur: insan öz "Mən"ini sosial mühitdən ayırmağa, nə isə başqalarına oxşamamağa başlayır. O bu əsasda da fərdiyyət kimi inkişaf edir; şəxsiyyətlərarası münasibətlərdə özünəməxsus mövqe tutur, insanlara seçici münasibət bəsləyir.
İnsanda özü haqqında təsəvvürlərin formalaşması, onun özünü idarə etməsi, özünün hərəkət və əməllərini başa düşməsi, özünü və həyatda öz yerini qiymətləndirməsi bunların hamısı onun başqa adamlara münasibətilə bilavasitə bağlıdır. İnsan ancaq ünsiyyət prosesində özünə başqa adamların gözü ilə baxmağı, özünü başqa adamın yerində təsəvvür etməyi, onların davranış və rəftarını təhlil etməyi, onlarla birlikdə sevinməyi və kədərlənməyi öyrənir. Bu o deməkdir ki, ünsiyyət prosesində başqa adamın sevinci və kədəri onun öz sevinci və kədərinə, başqa sözlə, sərvətinə çevrilir. İnsan başqa adamların həm soaial təcrübəsinə həm də psixoloji təcrübəsinə yiyələnir, mənəvi cəhətdən zənginləşir, onun inkişafı üçün yeni şərait yaranır. Beləliklə də ünsiyyət prosesində şəxsiyyət emosional cəhətdən inkişaf edir. O, hisslər mədəniyyətinə yiyələnir, onda özünə hörmət, ləyaqət, qürur hissi formalaşır, sosial təcrübəsi və psixoloji təcrübəsi genişlənib zənginləşdikcə tələbat-motivasiya sahəsi yeni məzmun kəsb edir.
İnsan ve Hayat

Luna

, bir kitap okudu
Puan vermedi·400 syf.·
2024 12. kitabı
Kolektif
0/10 · 7 okunma