Leman Humbetova

Leman Humbetova

, bir kitap okudu
8/10
·264 syf.·
3 günde okudu
·
Okunma: 20 Mart 2026 01:49
·
2026 9. kitabı
Rövşen Abdullaoğlu
8.9/10 · 244 okunma
Reklam
Hər zibilin içində olanı çıxarmağa tələsmək lazım deyil, bəlkə, o məhz ora üçün yaranıb.
Öz əlinlə verdiyin oğurluq sayılmaz, alanı zalım, verəni də məzlum etməz.
Həmişə düşündüyüm bir şey :)
Maqu, mən təbiətdə ölüm görmürəm. Sadə cə əvəzlənmə var. Ağac çiçək açır, bar verir, sonra quruyur, sonra da torpaq olur. O torpaqdan da ot çlxacaq, onu yeyən heyvanların bədəninə keçəcək. Ağacın ruhu isə ruhlar aləminə qalxır. İnsanlar da çiçək açıb, bar verdikdən sonra quruyub torpaq olacaqlar ki, bədənləri digər canlıların bədənlərinə qarışsın.
Bütün insanlar biraz atəş və bir az da torpaqdan yaradılıblar. Cavan yaşda içimizdə atəş çox olar. Atəş bizi dikbaş, məğrur, şücaətli, güclü edər. Qocaldıqca atəş azalar, torpaq artar, bir az çapıqlarla, bir az qırışlarla müdriklik və səbir gələr. Atəş torpağa tabedir. Onu üstünə torpaq tökməklə söndürərlər. Bu səbəbdən də başçı qocalardan olar. Torpaq içimizə tam dolandan sonra atəş sönər. Gücümüz gedər və ruhumuz bizi tərk edər. Torpağa basdırarlar və ona qarışarıq.
Reklam