Tək sözlə-Möhtəşəm bir əsər.Oxuyandan sonra onu anlayıramki-bizdən adam olmayıb,olmayacaq.Xudafərin körpüsündən sonra oxuduğum ikinci ən yaxşı tarixi roman...
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019200 okunma
Bu kitabı təsadüfən aldım.İndiyə kimi Anarın yaradıcılığı ilə bağlı bir əsər belə oxumamışam.Dedim hərşeyin bir ilki var.Kitabı az əvvəl bitirdim,aldığıma və oxuduğuma qətiyyən peşman deyiləm.Əksinə bitirdiyim üçün biraz pis oldum,kaş biraz daha uzun olsaydı.O zaman 10 xal verərdim bəlkədə.Əsər oxuduğuma görə dünyada bir ilk həm utopik həmdə distopik janrların harmanlanmasi ilə yazılıb.Bu iki tərzin birləşməsi çox mükəmməl bir iş ortaya çıxarıb.İlk hissəsi firavan və ideal,yazıçı və mənimdə görmək istədiyim Azərbaycana aiddir.Bu hissə çox çəkmir və ikinci hissə-Viran olmuş yurdumuzu göstərir-dəhşəti andıran bir fəlakət ssenarisidir.Əsər çox axıcıdir,birnəfəsə bitirmək mümkündür.Qısacası mən bu əsəri bəyəndim,ruhuma toxundu və məni tətmin etdi,sadəcə birazda uzun olmasını istərdim...
Uzun zamandır Hüqo oxumurdum.Çox qısa bir əsərdi ona görə uzun danışmağa ehtiyac yoxdu.Bir insanın edam cəzasına məhkum edilməsi hissi və yaşadıqları kifayət qədər yaxşı əks etdirilib.Oxuyun pis deyil yəni idarə edər. Başda sıxıcı gəlsədə sonra axıcı olur və bitir...
Daha öncə qısa ixtisarla bir hissəsini oxumuş və yarımçıq qoymuşdum.Bitirmək bu günlərə nəsib oldu.Cek Londonun dəst xəttinə söz ola bilməz,əla yazardı.Bir Heyvan-Yarı Qurd Yarı Köpək haqqında bu qədər maraqlı kimsə yaza bilməzdi deyə düşünürəm.Filmi çəkiləsi romandı,heyvan sevərlərə və bu haqda hekayələr oxumağa həvəsli olanlara məsləhət görürəm.Sonluğu biraz təxmin etdiyim kimi olmasada,gayət məmnun edicidir.Bəyaz Diş hərkəsin arzuladığı bir heyvandır-sadiq amma eyni zamanda məsafəli,cəsur dostdur.Kaşki belə bir itim olsa,düzü tam olaraq it deyil qurd sayılır-əhlilləşmiş qurd amma eyni zamanda vəhşi təbiətini saxlamış dişi canavar!Mən bu əsərə bayıldım,heç sıxılmadan sevə sevə oxudum.Bir heyvanın gözündən hadisələrə baxmaq düşünməyəcəyiniz qədər çox maraqlı və sürükləyicidir...
Beyaz DişJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202095,6bin okunma
Kitabı az öncə bitirdim.Hökmdar olub,dövlət idarə edəsim gəldi vallah.Necə bir hökmdar olunmalı və hakimiyyəti əldə saxlamağın yollarını bilmək istəyənlər üçün əla bir bələdçidir.1-2 fəsil xaric qalan fəsilləri oxuyarkən heç sıxılmadım,əksinə maraqla və diqqətli şəkildə mütaliə etdim.Tarix bilginizidə azda olsa artırır qısa olmasına baxmayaraq.Özünüzə yeni bir şeylər qatmaq istəyirsinizsə,şiddətlə tövsiyə edirəm.Oxuyun peşman olmazsınız...
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201820,3bin okunma