Mədinə Vəliyeva

Mədinə Vəliyeva
@Madina_2
Hüquqşünas
BDU
Bakı
10 okur puanı
Eylül 2025 tarihinde katıldı
10/10
·160 syf.··
Beğendi
·
2025 29. kitabı
"Birgə Razılaşma Konsepsiyası" müasir idarəetmə və ictimai iştirak modelləri kontekstində nəzərdən keçirildikdə, konsensus əsaslı qərarvermə yanaşmasının mühüm nəzəri və praktiki əhəmiyyətini nümayiş etdirir. Belə bir konsepsiyanın öz ölkəmiz aydınları tərəfindən də yaradılması və inkişaf etdirilməsi təqdirəlayiqdir. Bu konsepsiya müxtəlif sosial, iqtisadi və siyasi aktorlar arasında qarşılıqlı asılılıqların nəzərə alınmasını, tərəflərin bərabər hüquq və öhdəliklər əsasında iştirakını və nəticə etibarilə sosial kapitallaşmanın möhkəmləndirilməsini təşviq edir. Əlavə olaraq, konsepsiyanın institusional çərçivələrdə tətbiqi kollektiv qərarvermə prosesinin legitimliyini artırır, şəffaflıq və hesabatlılıq prinsiplərinin güclənməsinə imkan yaradır. Konsepsiyada azadlıq, ağsaqqallıq, feminizm, ordu, idarəetmə, müxalifət və s. mövzular haqqında fikirlər yer alıb ki, bu da konspesiyanın cəmiyyətin problemlərini və alternativ çıxış yolları göstərməsi baxımından dəyərli edir. Bəyənərək oxudum, oxumağa dəyər bir kitab olduğunu düşünürəm.
Birgə Razılaşma KonsepsiyasıRamin Allahverdi · Bakı, Mücrü Nəşriyyatı · 20258 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·96 syf.··
Beğendi
·
2025 50. kitabı
Xeyirxahlıq, mərhəmət və bağışlama hisslərini insana daha güclü şəkildə hiss etdirən bir əsər. Həqiqətən, insan nə ilə yaşayır? Həyatın əsl mənasını az da olsa, anlamaq üçün oxumağa dəyər.
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234bin okunma
10/10
·249 syf.··
Beğendi
·
2025 6. kitabı
Bu əsərlə C. Lok normativ siyasi nəzəriyyəsinin əsas sütunlarını təqdim edir. Burada o, təbii hüquqlar — yaşamaq, azadlıq və mülkiyyət — kimi prinsipləri təhlil edir və ictimai müqavilə nəzəriyyəsi ilə dövlətin legitimliyini əsaslandırır. Lok fərdi azadlığın qorunması, qanunun üstünlüyü və xalqın hökmdarı dəyişdirmək hüququ kimi konsepsiyaları inkişaf etdirərək müasir konstitusionalizm və liberal demokratiya düşüncəsinin nəzəri təməllərini qoyur. İkinci incələməni daha çox bəyəndim, çünki burada Lok öz pozitiv konsepsiyasını ardıcıl və sistematik şəkildə irəli sürür.
Yönetim Üzerine İkinci İncelemeJohn Locke · Eski Kitaplar Yayınevi · 2016296 okunma
Puan vermedi·176 syf.··
Beğendi
·
2025 5. kitabı
Con Lokun bu əsəri Robert Filmerin “ilahi monarxiya hüququ” nəzəriyyəsinin geniş və sistematik tənqidinə həsr olunmuşdur. Lok burada siyasi hakimiyyətin mənşəyini Tanrı iradəsi ilə izah edən ənənəvi mütləqiyyətçi arqumentlərin məntiqi zəifliklərini ortaya çıxarır və onları həm dini, həm də hüquqi baxımdan təhlil edir. Bu incələmədə Lokun metodu əsasən polemik xarakter daşısa da, müasir siyasi nəzəriyyənin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Oxucu üçün bu hissə XVII əsr Avropa siyasi mübahisələrinin ideoloji kontekstini və mütləqiyyətin fəlsəfi əsaslarını anlamağa imkan yaradır.
Hükümet Üzerine Birinci İncelemeJohn Locke · İmaj Yayıncılık , Yayınevi Genel Dizisi · 201679 okunma