Hər bir qar dənəcəyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır.
Doğrudanmı, ilk qarın yağması belə sevinc gətirir? Bəs sonra? Yeni fəslin bu təravəti, bu təmizlik, bu paklıq ona görə yağır ki, sonradan ayaqlansın, palçığa, çirkaba bulaşsın, öz ilk füsunkarlığını itirsin?