Kitabın ilk səhifələrində bəyənmədiyimi, çox bəsit yazıldığını paylaşmışdım.
Oğulun atayla hesablaşması çox isterik idi.
Amma sonraa....
Ürəyim parçalandı.
Əsərdə aprel döyüşlərindən bəhs edilirdi və baş qəhrəman araşdırarkən bu mövzulara rast gəlib deyə düşünürdüm.
Amma elə deyilmiş. Ağlamaqdan bir təhər oldum. Baş qəhrəman Azərbaycanlı ailəsinə o qədər nifrət edirdi ki, məndə o nifrətə inanmışdım. Əslində bu da yazarın uğurudur.
Sonda isə daha çox təəcüblənirsiz. Mən kitabın sonunda yazarın təşəkkürünü oxumuram. İlk kitabdır, təşəkkür hissəsinidə oxudum.
Amma, öncəki fikrimdə sabitəm, əsər duyğuları ifadə etməkdə biraz zəifdir... çünkü öz əsərlərimizi oxuyanda duyğunu 1 səhifə yazılır. Bəlkə də buna öyrəşmişəm.