Okulist, qonşumun dostu məni müayinə etməyə gəlmişdi. Dedi ki, kor olmayacağam. Yan görmə qabiliyyətim sağlamdır, işığı seçə biləcəyəm. İşıq isə bu ölkədə əsl bayramdır.
– Özünüzə artıq əziyyət verməyin. Səhvlər bizə doğru yolu göstərir. Yəqin, unutmağı bacarmaq lazımdır. Unutmağı öyrənməliyik.
– Atam unutmaq istəmir,. Deyir ki, unutmaq ölümdür. Unutmaq təslim olmaq deməkdir.
Koram, amma səndən yaxşı görürəm. Və sənin korluğuna və nəhayətsiz axmaqlığına ağlayıram. Qapını açıb çıxmaq və həyatı qucaqlamaq o qədərmi çətin idi? Görürəm ki, dəhşətli baxışlarla pəncərədən boylanırsan – yatağın altında canavar olduğununa inanan uşaq kimi qorxursan.
Canavarları göstər mənə: Küçədəki insanlar.
Mənim insanlarım.