Weber tepki vermedi. Waaler’le çalışırken sorun yaşamamıştı hiç. Adam yetenekli bir dedektifti, gerçekten yetenekli olan az sayıda dedektiften biriydi; başarıları ortadaydı. Ama bu, Weber’in ondan hoşlanmak zorunda olduğu anlamına gelmiyordu. Gerçi hoşlanmamak da uygun sözcük değildi belki. Mesele başka bir şeydi, fark bulma resimlerini anımsatan bir şeydi. Tam olarak ne olduğunu bulamasanız da, huzursuzluk veren bir şey olurdu hep. Huzursuzluk, uygun sözcük buydu.
Ama insanların içini kim bilebilirdi ki? İnsanlar robot değildir ve beynin kimyası zamanla değişir. Uygun koşullar altında ve yanlış ilaçların etkisiyle neler yapabileceğimizi kim bilebilirdi ki?
☆ Jo Nesbonun yazdığı Harry Hole seriyasının dördüncü kitabı olan Nemesis kitabını bitirdim. Seriya davam etdikcə daha da yaxşılaşır və qatili və ya günahkarı tapmaq get-gedə çətinləşir.
》Bu dəfə dedektivimiz həll etməyə çalışdığı məsələ bir bank soyğunçuluğudur. Amma deyə bilərsiz cinayət şöbəsinin oğurluq məsələsi ilə nə əlaqəsi var. Elə ən qəribə tərəfi burda başlıyır. Soyğunçu qarəti müvəffəqiyyətlə yerinə yetirir. Lakin buna baxmayaraq, o bank işçisinin ona pulları gec verməsi ucbatından şöbə müdirinin vəhşicəsinə başından güllələyir və onu öldürür. Bununla belə məsələyə cinayət araşdırma şöbəsi yəni Harry Hole daxil olur.
Bütün bunlarla paralel Harry'nin öz şəxsi həyatından da problemlər baş verir. Belə ki, Rakel Oleg ilə birgə Moskvaya getmişdi. Rakel burda Oleg'in rəsmi olaraq onda qalması üçün məhkəməyə müraciət edib. Harry isə Oslodadır. Bu zaman onun köhnə sevgilisi Anna ilə qısa müddətli əlaqəsi olur. Qısa olmasının səbəbi isə Annanın evində ölü tapılması idi. Annanı son görən isə Harry idi. Lakin bundan polislərin və digərlərinin xəbəri yoxdu. Harry Annanın cinayətini araşdırarkən dayısının məşhur bank soyğunçusu olduğu öyrənir. Bəs görəsən bu iki cinayət arasında əlaqə var yoxsa yox?!
Beləliklə Harry həm Annanı öldürən qatili həm də bank soyğununu gerçəkləşdirən şəxsi axtarıb, tapmağa çalışır.
(Spoiler"li hissə)
》İlk öncə onu qeyd edim ki, yazarın fərqli millət və insan topluluqlarına toxunması çox gözəl davranışdı. Bu dəfə Anna və onun dayısı (sonradan məlum oldu ki, atasıdı) Raskolun gözü ilə qaraçılardan danışılmışdı və əslində bir çox fərqlilikləri ilə ön planda olan insanlar kimi onların da bu həyatda öz yerlərini tapması xeyli çətindi.
Həmçinin kitabda bir məsələnin həlli digərinin açarı rolu oynuyurdu. Amma bu bizim gözlədiyimiz şəkildə baş