Fidan

10/10
·258 syf.··
2025 8. kitabı
Jack London dan oxuduğum ilk kitab idi. Daha doğrusu dinlədiyim desəm daha doğru olar. Açığı səsli kitabın əvvəlindən sonuna qədər eyni dərəcədə olan heyrət hissi ilə qulaq asırdım. Səbəb isə yazarın sanki bir yarı it olan qurdun bədənində var olmuşcasına yaşam hekayəsini yazmağı idi. İnsanların heyvanlarını evcilləşdirmə sürəsi, onları verdikləri əzablar amma eyni zamanda fərqli insanlar tərəfindən gələn sevginin güvənsizliyi. Hər bir hissi ilk əldən anladırmış kimi idi. Əvvəl ana qurdun vəhşiliyi həmin dünyanın güclü yaşar qanunu mənə çox yad gəlmişdi. Amma kitabı oxuduqca hələ də balaca bəyaz dişin böyüməyinə şahid olduqca vəhşi təbiətin qanunlarına hakim olurdun. Daha sonra onsuzda vəhşilik ilə qəddar olan bu dünyaya insan deyə bir varlığın gəlməsi qurdun yaratdığı dünyayı yenidən yaratmasına səbəb oldu. Qızıldərilər vəhşi dünyada yaşaraq o dünyanın gətirdiyi vəziyət və çətinlikləri eyni dərəcə güclü iradə və bəzan qəddarlıqları ilə qarşılayırdı. Bu dünyada yarı it olan qurdumuza sevgi və qayğı yox idi. Daha sonra isə qızıldərilərin də daha pis halı ağ insanlar ilə qarşılan qurd insanlara tamamilə nifrət elədi. Amma insanların fərqli olduğunu bilmirdi. Aralarında yaxşıların olduğundan xəbərsiz idi. Bu yaxşı insan ona sevgiyi öyrətdi. Heyvanda onsuzda insanlarla yaşaya yaşaya öyrəndiyi sayğı duyğusu var idi amma güvən duyğusu yavaş yavaş yarandı. Və bu qarşılıqlı münasibətləri elə bir səviyyə gəldi ki, yeni sahibi olmadan ölməyi seçəcək hala gəldi. Nə yaxşı ki, yeni sahibi onu özü ilə birgə isti ölkəsinə apardı. Burda da eyni dərəcədə özünü yeni qanunlara adeptə eləməyi öyrənməyə çalışdı. Bunları bir heyvanın öyrənməsi isə bəzən qışqırır bağırılmaqdan bəzən isə döyülmək keçirdi. Amma bu yeni dünyada necə sadiq bir dost olduğunu göstərdi və özünə yeni bir ailə
Beyaz DişJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202095,5bin okunma
Reklam
10/10
·222 syf.··
Beğendi
·
2024 9. kitabı
Mövzusu çox maraqlı gəlmişdi. Qətiyyən oxuduğuma peşman olmadım. Baş rolunda yeniyetmə və ya uşaq olan kitabları oxumağı çox sevirəm. Bu kitabdakı qəhramanımız isə məktəbli bir yeniyetmədir. Onun başına gələn isə səhv zamanda səhv yerdə olması nəticəsi ilə günahkar bilinib, işləmə kampına göndərilməsidir. İllərdi böyük böyük babasının domuz oğurlamasından bəri lənətlənmiş bu nəslin tək oğlan övladlarının daim başına bir şey gəlir. Amma onların ən pis tərəfi bu deil. Onlar hələ də yaxşı şeylərin olacağına inanırlar və buna baxmayaraq hər dəfə ümidlərin puç olması onları daha da kədərləndirir. İndi gələk bizim baş rolan görəsən onun göndərildi Yeşil göl kampı onun həyatında necə böyük dəyişiklər özü ilə birgə gətirəcək. Amma adındakı yaşıl və göl sözləri belə yalan olan bu kamp nə dərəcə yaxşı şeylər gətirə bilər bu özü də bir biliməzlikdir. Açığı kitabda keçmiş və gələcəyi bir birini bağlıyam parçalar insanda sanki puzzle düzəldirmiş hissi yaradır. Hər yeni məlumat ilə həm geçmiş həm günümüz barəsində maraqlınırdım. Sonda bu iki zaman diliminin bir birinə ustalıqla bağlanması isə başlı başına yadda qalan hadisə idi. Məncə oxumuyanlar bir şans versin.
ÇukurlarLouis Sachar · İletişim Yayıncılık · 2012327 okunma
10/10
·284 syf.··
2024 8. kitabı
Sanki davam edəcəkmiş kimi, adi bir roman oxuyurmuş kimi davam edən oxumam sonda üzləşdiyim gerçəklə birlikdə bu kitabın əslində gerçək, həyatda həqiqətən də yaşamış birinin gündəliyi olması həqiqəti ilə məni alt-üst etdi. Boğazım düyümlənir deyə bir ifadə var, yazdıqca o hissi birə bir yaşıyıram. Açığı baş rolu uşaq və ya yeniyetmə olan kitablarda həmin baş rolların böyüməklərinə şahid olduğum kitabları çox sevirəm, amma çox təəssüf və kədərlə əsla Annenin böyüdüyünü görə və oxuya bilməyəcəm. Çünki onun həyatı bu gündəliyin son səhifəsində olmasa da, bir toplama kampında tək başına sonlandı. Bir də atasının bu yazıları oxuyandan sonra necə kədərləndiyi fikirləşmədən dura bilmirəm. Həyat çox qəddar ola bilir. Bir atanın ailəsindən geriyə qalanın sadəcə onu çox sevdiyini hər səhifəsində qeyd etdiyi qızının gündəliyi olduğu kimi. Sadəcə bu gündəlik ona qızının düşüncələrini bölüşür amma eyni zamanda da hər səhifədə ona ən böyük acıları yaşadır.
Anne Frank'ın Hatıra DefteriAnne Frank · Türkiye İş Bankası Kültür Yayınları · 20178,8bin okunma
8/10
·68 syf.··
Beğendi
·
2024 7. kitabı
Korlar ölkəsində yazar fərqli olanın necə başqaları tərəfindən qəbul edilmədiyini fantastik bir hekayə tərzində bizlərə göstərib. Mənə görə fərqlilik həm bizlərə verilən ən böyük yaxşılıq həm də doğru insanlarla qarşılaşa bilməyəndə ən böyük əziyyətimizə çevrilən bir nemətdir. Hamımızın həyatında bir dəfə də olsun hiss etdiyi bu duyğu bu kitabda insana xas olan görmə qabiliyyətinin təmamilə inkar edən insanlar ilə yenidən bizlərə yaşadılıb. Belə ki, özümüzü bir anlıq baş rol yerinə qoyub eyniylə kitabın başında olduğu kimi, bu qədər önəmli gördüyümüz bu qabiliyyət ilə hətta onların kralı ola biləcəyimizi düşündüyümüz andan əslində gözlərimizdən əl çəkib onlar kimi olmalıyam deyəcəyimiz ana qədər enirik. Çünki fərqli olan insanlar tərəfindən qəbul olunmur. Çünki fərqli olan bir möcüzə kimi deil də bir fəlakət və yük olaraq qəbul edilir. Bu nə qədər fantastik bir hekayə də olsa insanların etdiyi bəlkə də ən bioloji olan hissdir. Amma biz insanlarda bu bioloji tərəflərimiz ilə yanaşı sosial və fərdi individual tərəflərimiz də var ki, əslində bunlar bizi heyvanlardan fərqləndirən tərəflərdi. Sözümün canı biz heyvanlanlardan fərqli olaraq bu bizə görə "zəif" olanı kənarlaşdırmamalı onu hər halı ilə qəbul etməliyik. Amma təbii ki, bu inkişaf etməmiş və üstəlik inkişafdan qorxan insanların heç vaxt qəbul edə bilməyəcəyi bir şeydi. Eyniylə bu kitabdakı Korlar ölkəsi insanları kimi. P.S. (SPOİLER) Kitabda ən gülməli olan bilirsiz nədi eyniylə gerçək dünyadakı kimi bir nöqtə bu Korlar ölkəsindəki insanları guya ki, bu yeni görən baş rolumuzu qəbul edirlər. Amma gəlin görün ki, bir nöqtədə bu qəbullanılmış insan eyniylə onlar kimi sevdiyi insanla bir yuva qurub yaşamaq istədiyi dəqiqədə yenidən kənarlaşdırmalı olan o, insana çevrilir. Və hələ bu da azmış kimi çox önəmli
Körler ÜlkesiH. G. Wells · Kolektif Kitap · 20183,690 okunma
9/10
·542 syf.··
Beğendi
·
2024 5. kitabı
☆ Uzun müddətdən sonra məni həvəsləndirən və sonuna qədər oxutdura bilən bir kitab ilə qarşınızdayam. Kitabımız Alice Harikalar diyarında hekayəsindən ilhamlanıb. Yazar qəddar qadın obrazının hekayədən əvvəlki həyatı və bununla paralel əlbəttə bizə həmin hekayədən tanış olan bəzi obrazların da bu hekayəyə necə daxil olduğunu göstərir. 》Türklərdə bir söz var "Kötü doğulmaz kötü olunur" deyə bax bu hekayə tam olaraq elə bil bu sitat üçün yazılıb. Gün keçmir ki, qəddar obrazın keçmişini oxuyub həyatımızda heç bir problem yoxmuş kimi bir də onların həyatına kədərlənirik. Sonu oxuyanda bəzi insanlar fikirləşə bilər ki, bu qəddarlıq yenə bir eşq hekayəsi ilə əlaqələndirib "klişe" bir bağlantı qurulub. Amma məncə burda tək önəmli nöqtə bu deil idi. İnsan xəyyalarından, dostlarından və ailəsindən dəstək almadığı halda bir boşluğa düşür. Bu boşluğu doldurmaq üçün intiqam kimi böyük bir hissi tapdıqda isə insan bu yolu seçir və kitabın adı kimi Kalpsiz birini çevrilir. Kitaba 9 verməyim tək səbəbi əvvəldə olan azca sanki çox uzadıb bu hissələri hissiyatı idi. Yoxsa həqiqətən reading slump dövrümdə heç bir kitabın bacarmadığını etdi və yarımçıq qoyub, üstündən 1 ay keçməsinə baxmıyaraq məni sual işarələri ilə dolu hekayəsi ilə yenidən oxutdurmağı bacardı. 》(Spoiler"li hissə) Kitabda olan hisslər o qədər gerçəkliyə yaxın idi ki, məsələn, ölüm və sevgi bu kitabların ayrılmaz ikilisi. Amma necə deyim yalandan ya da çox abartı deyə biləcəyimiz dərəcə deil idi. Sevgi var idi amma bu təmamilə qarşılıqsız deildi özü ilə bərabər şübhələri də var idi. Arxa planda ailəsinin ondan gözləntiləri düşünülür sanki keçmiş yoxmuş kimi hərəkət edilmirdi. Kişi obraz da eyniylə son ana qədər qarşısındakı seçim haqqı verirdi. Bəli bəlkə də ilk başlarda bu seçimin əsas hədəfinə gedən bir yol olduğunu
KalpsizMarissa Meyer · Artemis Yayınları · 20171,483 okunma
Reklam