Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ey könül, keşkə sən də,
Buludlardan nur əmən
Bir qızıl gül olaydın.
Səni bir qız dərəydi,
Nur saçına hörəydi,
Sonra tel-tel olaydın.
Çıxan kimi qarşına
Yağıların başına
Sovrulub kül olaydın.
Vətənimdə yadların,
Qan içən cəlladların
Ta əzəldən gözü var.
Ömrümdə, həyatımda,
Ağımda, bayatımda
Min bir dərdin izi var.
O keçən dövranımda,
Hankı "dost"un yanımda
Danışmağa üzü var?
Hər gələn çapdı məni,
Oyuncaq yapdı məni,
Buna kimin sözü var?
Dayan, könül, bir qədər!
Hər gecənin demişlər,
Bir aydın gündüzü var.