Kərimova Mələk

Kərimova Mələk
@Melek0_3
Sonbahar rüzgarında esen bir meltem...
Puan vermedi·250 syf.··
2024 10. kitabı
·
56 günde okudu
·
Okunma: 10 Ekim 2024 23:35
İlk dəfədirki bir kitabdan ard-arda bu qədər alıntı paylaşıram.Ruhu şad olsun böyük ustad Şahin Həsənlinin.Əsəri oxuduqca sanki gözümuzdəki pərdə açılır və doğrudan həqiqətləri görürük.Günümüz reallıqlarının "tam üstünə basır" İzahlarında həm tarixə,həm bir neçə müəllifin fikirlərinə,müxtəlif əsərlərə istinad etməsi,məlumat zənginliyi,bəzən terminlərdən istifadə etməsi bizi düşünməyə,"ağlımızı işə salmağa",araşdırmağa şovq edir.Səhifəcə az görsənə bilər,lakin bir çox çoxsəhifəli əsərə nisbətdə qat-qat daha çox öyrənib,araşdıracaqsınız.Xoş oxumalar.
Alıntı
Yaradılışın HədəfiHacı Şahin · İrşad Nəşriyyatı · 036 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·112 syf.··
Beğendi
·
2019 5. kitabı
·
7 günde okudu
·
Okunma: 07 Temmuz 2019 00:00
Balaca şəhzadə və ya Küçük Prens.Bu əsərin əslində ilk dəfə uşaq vaxtı cizgi filminə baxmışdım və çox təsirlənmişdim.Adını unutduğumdan ağlımın bir köşəsində qalmışdı.Böyüyəndə cizgi filmin əslində bir əsər olduğunu bilib çox sevindim və məktəb vaxtı da,universitet vaxtı da (həm türkcə,həm azərbaycan dilində tərcüməsini oxumuşam) oxuyanda hər dəfəsində yeni bir şey kəşf edirəm.Cizgi filmdən biraz fərqlənir xüsusilə də sonu.Çünki yazıçı əsərin sonunda nə olacağını oxuyucunun xəyal aləminə,daxili dünyasına buraxır.Bir sözlə hər kəsə oxumaği tövsiyyə edirəm(eyni zamanda bir bölümlük cizgi filminə baxmağı).Əsasən böyüklərə içindəki uşağı yaşatmağı çox gözəl şəkildə xatırlatdığina,əsər boyunca dərin duyğular yaşatdığına görə yazara təşəkkür edirəm və hər gecə ulduzlara baxarkən bir ulduzu balaca şəhzadəyə(onun gülüşünə)ayırıram.Və son olaraq güllə balaca şəhzadə ayrıldıqdan sonra səhvlərini anlayıb, bir-birinə olan sevgilərini daha yaxşı dərk etdiklərinə görə məncə qoyun gülü yemədi.Hər zaman həyatımızda ümidə yer olsun.Gerçək həyat da isə ayrılıqlar mümkün qədər az olsun... Küçük Prens
Küçük PrensAntoine de Saint-Exupéry · Can Çocuk Yayınları · 2015280bin okunma
Puan vermedi·420 syf.··
2024 8. kitabı
·
22 günde okudu
·
Okunma: 06 Temmuz 2024 13:42
Mənim Payım (Spoi xarekterli cümlə ola bilər) Əsər maraqlı və axıcı idi.Oxuyucunu hadisələrin içinə çəkməyi bacarırdı.Əsər boyunca fərqli-fərqli düşüncələrə,situasiyalara şahid oluruq.Lakin tək dəyişməyən şey əsl sevgidir.Kaş ki sonu belə bitməsəydi... "Anam həmişə deyirdi ki,hamının payını ayırıb kənara qoyurlar ki,o payı özü yeyə.Hərdən mənə elə gəlir ki,mənim payım olmayıb.Yeniyetmə vaxtı atama,qardaşlarıma öz payımdan keçməli oldum.Sonra ərimə görə.Mənə ya bir qəhrəman,ya bir vətən xaininin arvadı kimi baxdılar.Sonra savaşçı anası oldum.Bunların heç biri mənim öz payım deyildi.Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu,nə istədiyimi soruşmadı." Düzdür həyat bəzən bizi istəmədiyimiz situasiyalara salir,bəzən istədiyimiz şeylərə çalışsaq da çata bilmirik,bu əsərdə olduğu kimi.Amma məncə payı kimsə yox,özümüz ayırmalı və yeməliyik.Taleyin isə müəyyən qədər hissəsi bizdən asılı olmasa da,geri qalan hissəsi bizim zəhmətimizə aşiqdir.Sonda Məsumə ilə empatiya edərkən onu günahlandıra bilmirik,eyni zamanda başqa seçim şansı da qəlbimizi sarsmaqdan əlçəkmir...
1000Kitap
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,407 okunma
Puan vermedi·200 syf.··
2024 5. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Nisan 2024 15:13
"Balaca şahzadə" əsərindən sonra mənə ən çox təsir edən və sevimli əsərlərim içərisinə daxil olan bir əsərdir.Oxucu obrazın keçirdiyi hissləri duya bilir və yaxud yaşadığı duyğuları oxuya bilir.Hər əsər insanin qəlbinə toxunmağı bacarmır,ona görə bu əsərə və yazıçıya təşəkkür edirəm. "Mənə həyatın sevilməli cəhətlərini sən öyrətmişdin,əziz Portuqam.İndi kürə və artist şəkilləri paylamaq növbəsi məndədir,çünkü sevgisiz bir həyatın heç bir mənası yoxdur." Şəkər Portağalı
1K
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022275,3bin okunma