"Ölümündən azca keçmiş"‚–Lenqdon dedi ,– "meyit uzadılır və üzünə zeytun yağı sürtülür.Sonra isə bir qat yaş gips üzün altındakı saç xəttindən başlayaraq boğaza qədər hər tərəfinə–ağız,burun,göz qapaqları–yaxılır.
Quruyub bərkidikdən sonra gips asanlıqla götürülür və içinə təzə gips doldurulur . Nəticədə gips bərkiyərək mükəmməl şəkildə dünyasını dəyişmiş adamın üz cizgilərini əks etdirir. Bundan məşhur adamları, dahiləri yad edə bilmək üçün istifadə olunarmış. Dante,Şekspir, Volter,Tasso,Kits –onların hər birinin ölüm maskaları hazırlanıb"
"Yalandır!",- kişi coşdu."Siz çox yaxşı bilirsiniz ki,bu diaqram ən sadə səbəbi göstərir- dəyişən yeganə funksiyanı! Diaqramda yüksəlişi göstərən bütün xətlər yalnız bir səbəbdən asılıdır - hər kəs bunu müzakirəyə çıxarmağa qorxur.Bu, kütləvi artımdır!"
"Tarix fərqli təsəvvürlərə inanan və buna görə özünəqəsdi doğru sayan fanatiklər və kultlarla zəngindir. Liderlərinin Məsih olduğuna inanan,ayın digər tərəfindəki kosmik gəmiyə inanan, məhşər gününün qaçılmaz olduğuna inanan insanlar"