Metamorphosis 911

Metamorphosis 911
@Metamorphosis911
Dərin olan quyu deyil,qısa olan ipdir.
Amma əgər fəza nə isə başqa bir şeydən əmələ gəlibsə, həmin o başqa bir şey də nədənsə əmələ gəlməliydi. Sofi hiss etdi ki, o yalnız problemi uzadır. Ona görə də ümumiləşdirib bir nəticə çıxarmağa çalışdı. “Nə isə” heç nədən əmələ gəlmiş olmalıdı. Amma bu mümkündümü? Bu fikir də dünyanın yaradılmadan, elə həmişə mövcud olması fikri kimi mümkünsüz deyilmi?
Reklam
Məktəbdə onlara öyrətmişdilər ki, dünyanı Tanrı yaradıb. Sofi özünə təsəlli verməyə çalışdı, fikirləşdi ki, yəqin elə bu, məsələnin ən yaxşı həllidi. Amma sonra yenidən fikirləşməyə başladı. O, qəbul edə bilərdi ki, dünyanı Tanrı yaradıb; yaxşı, bəs Tanrının özü necə? O özü-özünü heçlikdən yaradıb? Sofinin içindən yenə bir səs qarşı çıxdı. Hətta bütün hər şeyi Tanrı yaradıbsa belə, çətin ki özünü yarada biləydi, çünki yaratmaqdan ötrü əvvəl “özü”nə ehtiyac olacaqdı.
Felsefe
Fəlsəfə)
Onda bir yol qalır: Tanrı həmişə mövcud olub. Amma Sofi artıq bu imkan barədə fikirləşib və onu rədd edib! Mövcud olan hər şeyin bir başlanğıcı olmalıdı.
Felsefe-Düşünce
Məktəbdə fikrini müəllimlərin dediklərinə cəmləşdirmək onun üçün çətinləşdi. Onların danışıqları Sofiyə çox maraqsız görünməyə başladı. Fikirləşirdi ki, əhəmiyyətsiz şeylərdən danışırlar. Axı niyə onlar “insan nədir” sualından danışmırlar, yaxud niyə demirlər ki, dünya nədi, necə olub ki, əmələ gəlib?
1000Kitap
...yaxşı filosof olmaq üçün heyrətlənmək qabiliyyəti gərək...
Reklam